Page 72 - book-online
P. 72
ìÿä Àüàîüëó
O axşam atam evә çox gec döndü. Ertәsi gün sәhәr
anamla söhbәtlәrindәn anladım ki, Türkiyә Böyük Millәt
Mәclisindә Mәtbuat vә İstihbarat Ümummüdirliyi ilә
bağlı çox ağır müzakirәlәr aparılıb.
Bu sarışın, açıq-yaşıl gözlü adam o gündәn ta gözlәrini
dünyaya qapadığı dәqiqәyә qәdәr yalnız atamın deyil,
bütün ailәmizin hәyatına daxil oldu, qaynayıb-qarışdı.
Ondan qalan acılı-şirinli xatirәlәrimiz, ibrәt dәrslәrimiz
var! Bir insanın iradәsinin tam ziddinә vә iradәsindәn
asılı olmayan qüvvәlәrin tәsiri altında bu qәdәr tәrs
istiqamәtlәrә sürüklәnә bilәcәyini, tәzadlarla dolu bir
hәyatın dalğalarına bu qәdәr çırpıla bilәcәyini göstәrәn
misallar, örnәklәr çox azdır.
İ ihad vә Tәrәqqinin hәlә gizli cәmiyyәt kimi fәaliyyәt
göstәrdiyi dövrlәrdә topçu minbaşısı1 rütbәsindә oynadığı
fәdailik rolunu partiyanın iqtidara gәldiyi illәrdә mәsul
katib kimi davam etdirdi. Hәyatının bu mәrhәlәsindә
yaxın dostluq tellәri ilә bağlı olduğu insanların bir qismi
onun üçün, sözün hәqiqi mәnasında daimi fәlakәt sәbәbinә
çevrildilәr. Belәlәrindәn Yaqub Cәmil2 Birinci Dünya
müharibәsi illәrindә özü ilә birlikdә onu da ölümә
sürüklәyirdi. Bir başqası – yaraşığı, ötkәmliyi ilә mәşhur
olan çәrkәz dostu3 isә onun mәnәvi ölümünün, bәlkә dә
әsl sәbәbkarı idi!
Topçu minbaşısı Mütarikә zamanı Damad Fәridә4
sui-qәsd hazırladığı üçün edam cәzasına mәhkum edildi.
Bir yük qayığında, hisli-paslı kömürçü qiyafәsindә
1 Osmanlı ordusunda mayor rütbəsinə bərabər tutulan hərbi rütbə
2 Yaqub Cəmil (1883-1916) – Şimali Qafqaz əsilli türk zabiti. İttihad və Tərəqqinin
fədailərindən biri olmuş, sonralar hərəkata xəyanətinə görə güllələnmişdi.
3 Türk ordusunun çərkəz əsilli zabiti Xalid Karsıalan (1883-1925) nəzərdə tutulur.
4 Damad Fərid Paşa (1853-1923) – Osmanlı dövlət xadimi, 1919-1920-ci illərdə
sədrəzəm
72