Page 69 - book-online
P. 69
Àòàìûí äîñòëàðû
iş adamı, bәzәn fabrik sahibi qiyafәtindә peyda olurdu.
Amma heç vәchlә meydanı boş buraxmırdı.
Mütarikә zamanı, atam Malta sürgünündә olarkәn
kirayәdә qaldığımız evin sahibi bizi zorla bayıra atmaq
istәyirdi. Gәtirdiyi bәhanә dә öz baxımından әsaslı idi:
indi ingilislәrin әlindә әsir olan köhnә, qatı bir i ihadçının
ailәsini evindә necә kirayәnişin saxlaya bilәrdi?
Anam dәrhal bu yaman adamın, köhnә dostun
üstünә getdi. Vәkil axıra qәdәr dinlәyәndәn sonra tәlәsik
mәslәhәt vermәyә başladı. “Sitarә xanım, – dedi, – dәrhal
evә get, әn nimdaş, köhnә-kürüş paltarlarını gey, üst-
başını bir az cır, saçlarını dağıt, dәrhal da düz-doğru
ingilis işğal qüvvәtlәri komandanının qarşısına çıx,
“Ərimi alıb aparmısınız, indi kirayә qaldığım evin sahibi
mәni döyür, bu hallara salır” – deyә şikayәt elә, ağla,
fәryad qopar. Mәnә dә oradan telefonla xәbәr ver, dәrhal
özümü çatdıracağam”.
Anam “Mәn belә iş görә bilmәrәm, – deyә cavab
verdi. – Əvvәla, yalan danışmaq istәmirәm. İkincisi, in-
gilislәrin ayağına getmәyi dә heysiyyәtimә sığışdır-
mıram.
Atamın dostu bir qәdәr fikirlәşdikdәn sonra “Yaxşı,
mәn bu işi hәll edәrәm” – deyә vәd vermişdi.
Bir müddәt sonra ev sahibinin rәftarı, xasiyyәti
tamamilә dәyişdi. Bizimlә olduqca nәzakәtli davranırdı.
Hә a arada-sırada evә gәlib ixtilafçıların1 әleyhinә
danışmağa başlamışdı. Yalnız sonralar öyrәndik ki,
yaman adam kimi ad çıxaran bu vәkil ev sahibimizә
bәrk hәdә-qorxu gәlibmiş, “Anadolu necә olsa, sonda
zәfәr qazanacaq, ingilislәr gedәcәk, o zaman evini başına
uçuracağam” – deyibmiş. Ardından isә әlavә edibmiş:
1 1919-cu ildə İstanbulu işğal edən ingilis və fransız hərbi qüvvələri nəzərdə tutulur.
69