Page 64 - book-online
P. 64
ìÿä Àüàîüëó

neçә dәqiqә әvvәl "İnsan canlı maşındır. Hәr maşın kimi
o da günün birindә durmalıdır" – dediyini söylәdik. Bir
az dayanıb "Ah, qoca Əhmәd bәy, – dedi, – hәyatdakı
bu son sualın cavabını nә yaxşı veribsәn!"

Xanımının ölümündәn sonra doktorun hәyatı әvvәlki
nizamını itirmәyә başladı. İndi bu sakit tәbiәtli, mütәfәkkir,
yumşaq adam özünü çox çılğın aparır, fakültәdә professor
hәmkarlarına, tәlәbәlәrinә, universitetdәn kәnarda dost-
tanışlarına, hә a xәstәlәrinә qarşı kәmhövsәlәlik vә
әsәbilik nümayiş etdirirdi. İztirab girdabına düşәn hәr
kәsә tәsәlli vermәyin ustası olan doktor indi özü özünü
sonsuz maddi vә mәnәvi acılara tәslim etmiş kimi
görünürdü. Görәsәn, düşdüyü vәziyyәt bütün hәyatı
boyu haqqında bir ağızdan deyilәn "yaxşı adam"
tәsәvvürünü zәdәlәyә bilәcәkdimi?

Yavaş-yavaş fakültәdәki kafedrasından, dostlarından,
xәstәlәrindәn uzaqlaşdı. İndi özünü tәk bir şeyә hәsr
etmәk istәyirdi: hәyat, cәmiyyәt, xәstәlik, sağlamlıq,
yaxşılıq, pislik, Allah – bir sözlә, bir kәlmә ilә әtrafını
sarmış bütün maddi vә mәnәvi varlıqlar haqqında hәyatı
boyu hasil etdiyi inancları qәlәmә almaq fikrinә
düşmüşdü. Bu işә yorğun әhvali-ruhiyyә, әlәmli ruh
halı ilә başladı. Hәlә әsәrinin ilk sәhifәlәrini qәlәmә
alarkәn onu bir neçә ay sonra ölümә götürәcәk xәstәliyini
ilk dәfә özü tәşxis etmişdi. Ölümünә qәdәr çox qısa
zamanı vardı. Kimsәyә bir şey söylәmәdәn әsәrini
bitirmәyә çalışdı. Lakin günün birindә hә a qәlәmi
әlindә tuta bilmәyәcәk dәrәcәdә taqәtsiz olduğunu
görәndә dostlarına xәbәr verdi. Xәstәliyi xәrçәng idi vә
daha iş işdәn keçmişdi...

64
   59   60   61   62   63   64   65   66   67   68   69