Page 67 - book-online
P. 67
Àòàìûí äîñòëàðû

imkanını da әldәn vermәmişdi. Hәmin son davasından
xatırladığım әksәriyyәti qәribә, bir qismi gülünc, bәzilәri
isә ibrәtamiz tәsir bağışlayan sәhnәlәr vardı.

Hakimlәr önündә, divan qarşısında әli әl üstündә
dayanmışdı. Hәyatında ilk dәfә mәhkәmәdә mü әhim
rolunda çıxış edirdi. Lakin dәmir qәfәsә yüzlәrlә dәfә
girib-çıxan adam kimi sakit vә hәyәcansız idi. Çәkişdiyi
әdliyyә nazirini "Bәzi adamlar var ki, günah bataqlığına
dizlәrinә qәdәr batıblar. Bәzilәri göbәklәrinә, bәzilәri
isә boğazlarına qәdәr hәmin bataqlığın içindәdirlәr.
Fәqәt bu yuxarıda oturan şәxs (o zaman nazirlik
Ankaradakı әdliyyә binasının üst qatında yerlәşirdi)
başından yüz kilometr yuxarıya qәdәr günah içindәdir" –
sözlәri ilә i iham edәrkәn sәsi sakit, duruşu itaәtli, halı
toxtaq idi. Qәzәbini "Ey hakimlәr, әgәr belimә mәhkumluq
yüklәmәsәniz, bu әdliyyә naziri sabah bir qәrarnamә ilә
mәhkәmәnizi lәğv edәr, ertәsi gün başqa hakimlәrdәn
ibarәt tәzә mәhkәmә qurar", "Vәkili olduğum şәxsi
tәxliyә etdirmәk üçün bütün qanuni yollara baş vurdum,
ancaq heç nә alınmadı. Sonda hәmin şәxs işini özü hәll
etdi. Gözәl bir xanımı yuxarıdakının әziz dostlarından
birinin yanına göndәrәndәn iyirmi dörd saat sonra
mü әhim sәrbәst buraxıldı" – deyә mәhkәmәdә yerdәn
yerә sürüdüyü әdliyyә nazirinin yanına iclasdan çıxar-
çıxmaz dövrün әn seçkin, әn üzdә olan insanlarını
minnәtçi göndәrirdi.

Üstәlik, bu vәkilin әdliyyә nazirinin әn yaxın
dostlarından biri olduğuna, kimi vә necә inandırmaq
mümkün idi? Nazir hә a vәkil dostuna "Lazım gәlsә,
imzamı atıb mәndәn istәdiyin yerә mәktub da yaza
bilәrsәn" – demişdi. Bir gün bu sәlahiyyәtdәn istifadә
etmәk fikrinә düşdü. Amma toxunmaq istәdiyi çox

67
   62   63   64   65   66   67   68   69   70   71   72