Page 71 - book-online
P. 71
Àòàìûí äîñòëàðû

işğal qüvvәtlәrinin әn nüfuzlu, hәm dә türklәrә qarşı әn
zalım, qәddar münasibәti ilә seçilәn komandanlarından
biri, gәnc vә yaraşıqlı ingilis leytenantı onun sәsindәki
hәqiqәt notlarını sezdi. Hәmin ingilis zabiti vәkillәrin
qatildәn soruşduqları suallarla, nәhayәt, hazırladığı
iddianamә ilә ermәni-türk davasının hәqiqi müqәssirlә-
rinin kim olduqlarına işarә etmәk cәsarәtini göstәrdi.
Doğrudur, sonda bu cәsarәti ona İstanbuldan uzaqlaş-
dırılması bahasına başa gәldi. Amma hәqiqәti söylәdi.
Dәli elan olunan Torlakyan isә sәrbәst buraxıldı. Qatil
indi dә hәyatdadırmı1, yaşayırmı – bilmirәm. Atamın dos-
tu olan qәribә vәkil vә yaman adam bu mәhkәmә sayә-
sindә hәyatda qazandığı әn böyük şәrәfә, şöhrәtә yetiş-
di. Onun heç zaman inkar edilmәyәcәk qazancı da budur.

Topçu minbaşılığından Bәhriyyә
vәkilliyinә

Sakarya müharibәsindәn2 az öncә İstanbuldan
Ankaraya, o vaxtlar Mәtbuat vә İstihbarat Ümummüdiri
olan atamın yanına gedirdik. Bizә Keçiörәndә kiçik bir
bağ evi tutmuşdu. Bir sәhәrçağı qapının önündә kiminsә
yoğun sәslә “Ağabәy! Ağabәy” – deyә qışqırdığını eşitdim.
Pәncәrәdәn baxdım. Aşağıda açıq-sarı saçlı, şişman
gövdәli bir nәfәrin dayandığını gördüm. “Sәn Əhmәd
bәyin oğlusan?” – deyә soruşdu. “Bәli” – dedim. “Atana
xәbәr elә, tez gәlsin”. Atam aşağı endi, birlikdә getdilәr.

1 Məhkəmənin hökmü ilə qüvvədən düşmüş elan olunaraq bəraət alan qatil Misak
Torlakyan İstanbulun erməni icması tərəfindən əvvəlcə Yunanıstana, sonra isə
ABŞ-a qaçırılmış, 1968-ci ildə Kaliforniya ştatında, 79 yaşında vəfat etmişdir.
2 Sakarya meydan müharibəsi də adlanır və Qurtuluş Savaşının dönüş nöqtəsi
sayılır. 1921-ci il avqustun 23-dən sentyabrın 13-nə qədər davam edən şiddətli
savaş, Ankara üzərinə hücuma keçən yunan ordularının tam məğlubiyyəti ilə başa
çatmışdı.

71
   66   67   68   69   70   71   72   73   74   75   76