Page 74 - book-online
P. 74
ìÿä Àüàîüëó

minbaşısı çox böyük coşqu ilә yazı müәllifinin müdafiәsinә
qalxırdı.

Hәrb zәfәrlә başa çatdı. Mustafa Kamal Paşa indi
dә türk millәtinin mәdәniyyәt mücadilәlәrinә başladığını
elan etdi. Qazi bu yeni mübarizәdә zәfәrin yalnız
hürriyyәtlә, azad fikir, azad vicdan, azad tәşәbbüs
prinsiplәri ilә qazanılacağına inanmışdı. İstiqlal
Mücadilәsindә qәlәbәyә xalqın öz-özünü idarә etmәsi
vә Milli Hakimiyyәt bünövrәsindә qovuşmaq mümkün
olmuşdusa, mәdәniyyәt mücadilәsi hәr şeydәn öncә
vәtәndaş azadlıqları әsasında әldә edilәcәkdi. Qazi bu
iman ilә mәmlәkәtin bütün aydınlarını yanına çağırdı.
Hә a İ ihad vә Tәrәqqinin hәyatda vә meydanda olan
mәnsublarını, keçmiş rәhbәrlәrini dә yaddan çıxarmadı!

Qazinin әski İ ihad vә Tәrәqqi nümayәndәlәrini
birlikdә çalışmağa dәvәtinin müxtәlif sәbәblәri vardı.
Bu yolla bir tәrәfdәn Birinci Böyük Millәt Mәclisindә
qüvvәtli fraksiyalar yaradan İkinci qrup üzvlәrinin
mәmlәkәt daxilindәki siyasi fәaliyyәtlәrinin qarşısına
yeni güclәr çıxararaq müvazinәti saxlamağı düşünürdü,
o biri yandan isә tәcrübәlәri, cәsur, fәal xarakterlәri ilә
seçilәn, әn başlıcası isә ölkәdә özlәrinә tәkrar maddi vә
mәnәvi mövqelәr verilmәsinin doğurduğu minnәtdarlıq
hisslәri ilә Qaziyә borclu olan, ona bağlanan i ihadçıların
bilik vә bacarığından irәlidә gerçәklәşdirmәk istәdiyi
inqilablarda yararlanmaq niyyәtindә idi.

Nәhayәt, bu yolla bütün ehtiras, xarakter vә әmәllәrinә
dәrindәn bәlәd olduğu köhnә dostlarının, hәmkarlarının
nә zamansa özünә qarşı vahid qüvvә şәklindә birlәş-
mәlәrinin qarşısını әvvәlcәdәn ala bilәrdi.

Lakin Qazinin inqilabları mümkün qәdәr qansız,
qarşıdurmasız, tәdrici şәkildә vә sakit şәraitdә hәyata

74
   69   70   71   72   73   74   75   76   77   78   79