Page 73 - book-online
P. 73
Àòàìûí äîñòëàðû

Anadoluya qaçdı. Birinci Böyük Millәt Mәclisinin әn
nüfuzlu üzvlәrindәn oldu. İstiqlal Mәhkәmәsi rәisliyi
etdi. Türkiyә Cümhuriyyәtinin ilk vә son bәhriyyә vәkili
(dәnizçilik naziri – V.Q.) adını daşımaq şәrәfi qazandı.
Hәbsә düşdü, hәvәskar balıqçı kimi illәrlә Boğaz sularında
dolaşdı. Ən sonunda qәlbi nәhayәtsiz ümidsizlik vә
ümidlәrlә, kәdәrlәr vә tәsәllilәrlә dolu dünyanı tәrk edib
getdi.

Atamın onunla müştәrәk fәaliyyәtlәr, qovğalar,
qanqaraçılıqlar, küsüb-barışmalarla keçәn bir dostluğu
var. O özü isә hәyatında iki insandan vәfa gördü: atamdan
vә xanımından! Xanımı – bu çox gәnc, insana daim yaxı-
nında olmaq, tәmas qurmaq arzusu aşılayan gözәl qadın
әrini, yüksәlişin әn uca zirvәsinә, tәnәzzülün әn dәrin,
qaranlıq qatına qәdәr eyni hәyәcan, sәdaqәt vә gözәlliklә
müşayiәt etdi.

Milli Mücadilә illәrindә topçu minbaşısı Böyük Millәt
Mәclisinin tәcәddüdpәrvәrlәrindәn1 biri idi. Birinci qrup
adı altında toplanan Tәcәddüdpәrvәrlәrin hәqiqi
rәhbәrliyini Mustafa Kamal Paşa öz üzәrinә götürmüşdü.
“Hakimiyyәti-Milliyyә” qәzeti dә bu qrupun fәaliyyәtinin
tәbliği ilә mәşğul olurdu. Qәzetin baş mәqalәlәrinin bir
qismini o zaman Mәtbuat vә İstihbarat Ümummüdiri
olan atam üç ulduz işarәsi ilә yazıb çap etdirirdi. Böyük
Millәt Mәclisindә hәmin yazılar İkinci qrupa2 daxil olan
mühafizәkar vә müxalif millәt vәkillәri tәrәfindәn tez-
tez müzakirә mövzusuna çevrilir, atama qarşı hücumlara
rәvac verirdi. Bütün bu mücadilәlәr zamanı topçu

1 Təcəddüdpərvərlər – İkinci və Üçüncü Türkiyə Böyük Millət Məclisində yenilik
və islahat tərəfdarı olan millət vəkillərinə verilmiş ümumiləşdirici ad
2 İkinci qrup – Birinci Türkiyə Böyük Millət Məclisində Mustafa Kamal Paşaya
müxalif mövqedə dayanan millət vəkilləri. Fəaliyyətləri 1922-1923-cü illəri əhatə
etmişdi.

73
   68   69   70   71   72   73   74   75   76   77   78