Page 70 - book-online
P. 70
ìÿä Àüàîüëó

“Amma bu sözlәrimi bir kimsәyә söylәmә! Yoxsa sәnin
Anadolu tәrәfdarı olduğunu polisә xәbәr verәrәm”.

Adamlar var ki, qüsurları, günahları yaxşılıqlarından,
savablarından qat-qat çoxdur. Fәqәt bәzәn bu savablar
arasında elә birisi olur ki, bütün o qüsurları yada
salınmayacaq xatirәyә çevirir. Adam çoxlu günahları
qarşısındakı bir böyük savabı ilә hәyatdakı dәyişmәz
yerini qazanır. Bәlkә atamın bu dostunun da qüsurları
savablarından çox idi. Amma savablarının miqyası daha
böyükdü. Hәlә bir savabı, mәncә, bütün qüsurlarını
kökünә qәdәr silib-süpürmüş sayıla bilәr. Mütarikәnin
qaranlıq dövründә ermәni tәhciri (köçürülmәsi – V.Q.)
bәhanәsinin türk hakimiyyәti tәmsilçilәrini edam
kürsülәrinә götürdüyü günlәrdә “Perepalas” hotelindә
Azәri türklәrinin tanınmış şәxslәrindәn Behbud xan
Cavanşiri1 Qafqazdakı ermәni-türk mübarizәsinin
tәşkilatçılarından biri sayaraq öldürәn ermәni Torlakyanın
davasında Cavanşir ailәsinin vәkili oldu. Yalnız
öldürülәnin deyil, bütün türk millәtinin haqqını, şәhid
edilmiş bütün türk insanlarının hüququnu müdafiә
etmәk üçün saysız-hesabsız tәhlükәlәrә, hәdәlәrә
baxmayıb ingilis hәrbi mәhkәmәsinin qarşısına çıxmaqdan
çәkinmәdi. Osmanlı Mәbusan Mәclisindә (Parlament –
V.Q.) üzv olan ermәni hüquqşünasların Osmanlı dövlәtinә
vә türk millәtinә qarşı irәli sürdüklәri i ihamları әsla
qorxu hissi keçirmәdәn rәdd etdi. Yalnız bu hәrbi
mәhkәmә önündә deyil, tarix qarşısında qanlı qarşı-
durmanın әsl sәbәbkarlarının kim olduqlarını uca sәslә
hayqırdı. Torlakyan davasının stenoqrafik yazıları onun
sәsi fәryadları ilә doludur. Prokuror kürsüsündә oturan,

1 Behbud xan Cavanşir (1877-1921) – mühəndis, iş adamı, ictimai xadim və
xeyriyyəçi, Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri (1918-1919).

70
   65   66   67   68   69   70   71   72   73   74   75