Page 65 - book-online
P. 65
Àòàìûí äîñòëàðû
QƏRİBƏ BİR VƏKİL
Qısa ayaqlarının şişman vücudunu daşıya
bilmәk üçün hәyatı boyu, xüsusәn dә öm-
rünün son illәrindә necә әzablara qatlaşdığını
yaxşı xatırlayıram. Ayaqları axırda ona üsyan etdilәr,
ölümünә yaxın sahiblәrini hәmişәlik yatağa mıxladılar.
Bütün hәyatı tәzadlar, eniş vә yüksәlişlәr içindә keçәn
bu adam xәstә yatağında özündәn başqa kimsәnin cәsarәt
etmәyәcәyi, cәsarәt etmәk nәdir, hә a ağlına belә gәtirә
bilmәyәcәyi bir işә girişdi: yatağında oturub dünya
fikrinin yüzә yaxın әsәrini yalan-yanlış, doğru-әksik,
fәqәt qorxunc bir inadla türk dilinә çevirdi.
Maçkada1, atamgilin evinә yaxın yaşayırdı. Yorğun-
luqdan ayaq üstdә güclә dayanan xidmәtçisi sәhәr saat
beşdәn başlayaraq hәr yarım saatdan bir, başda atam ol-
maqla bir çox dostlara kiçik mәktublar daşıyırdı:
"Miri-möhtәrәm!
"Ölü evindәn qeydlәr"2 romanının fransızcaya
tәrcümәsinin 100-cü sәhifәsindә qarşıma belә bir kәlmә
çıxdı. Əcәba, onu türkcәyә necә çevirmәk olar?"
"Vәlinemәti-mәnәvim.
Demokratiyanı ölkә vәtәndaşlarına daha yaxşı anlada
bilmәk üçün hansı kitabı tövsiyә edirsiniz? Bir neçә
hәftә әrzindә nәşr etmәyә hazıram".
"Böyük dost!
Mәn durub gәlә bilmirәm deyә, sizә hәsrәtmi
ölmәliyәm? Tәşrif gәtirib bir fincan qәhvәmi içәrsiniz, birlikdә
yeni tәrcümәlәrimi oxuyarıq, bәzi yerlәrini redaktә
edәrsiniz..."
1 Maçka – İstanbulun Avropa hissəsində tarixi rayon. Uzun müddət əhalisi əsasən
rumlulardan və ermənilərdən ibarət olmuşdu.
2 Rus yazıçısı F.M.Dostoyevskinin məşhur romanı nəzərdə tutulur.
65