Page 62 - book-online
P. 62
ìÿä Àüàîüëó

gәlәn xüsusiyyәtlәri ilә zәka vә hiss dәrinliyi qarşısında
duyduğu heyranlıq, mistik rus әdәbiyyatının tәlqinlәri
ilә içәrisindә yetişdiyi mühitin romantik ab-havası vә
әnәnәlәrinin birlәşmәsindәn doğan hәyәcan nәticәsindә
gürcü gözәli ürәyini bu cansız vücudlu, balacaboylu, iri
şabalıdıgözlü, danışdığı zaman ideallarını dәrin, incә
ağlın bәhrәsi olan gözәl dillә anladan türk dostuna çal-
dırmış vә hәr zaman birlikdә olmaq qәrarını vermişdilәr.
Ailәsinin bütün etirazlarına baxmayaraq, gürcü qızı türk
sevgilisi ilә evlәnib İstanbula köçmüşdü.

Atam qadının atasını vә әmilәrini hәlә Qafqazda
yaşadığı dövrdәn çox yaxşı tanıyırdı. Aradan illәr keçәn-
dәn sonra ya atası, ya da әmilәrindәn biri müstәqil Gür-
cüstanın prezidenti olmuşdu. Lakin doktorun xanımı o
qәdәr türklәşmişdi ki, bu xәbәri dә evlәndiklәri gündәn
ailәsinә vә Gürcüstana aid digәr xәbәrlәr kimi xüsusi
maraq göstәrmәdәn qarşılamışdı.

Atamın Malta sürgünündә olduğu illәrdә yarıqaranlıq
bir otaq xatırlayıram. Geniş çarpayıda halsız, xәstә vәziy-
yәtdә yatmaqdayam. Üzәrimә әyilmiş üzlәri görürәm.
Budur, anam, budur, atamın dostu, onun yardımçısı,
yaxud feldşeri... Atamın dostu qollarımı bәrk-bәrk tutub
feldşerin mәnә iynә vurmasına imkan yaradır. Uşaqlığımın
bәzәn qaranlıq, bәzәn işıqlı, bәzәn hәzin, bәzәn nәşәli
xatirәlәrinin bir çoxunda bu doktorun üzünü eyni parlaq,
eyni tәsәlliverici, eyni dәrdә şәrik vә nәvaziş dolu halı
ilә gözlәrim önünә gәtirirәm.

Qәribәdir, әn balacamızdan tutmuş atama qәdәr,
ailәmizin bütün üzvlәrinin dostu olmağı bacarmışdı.
Ümumiyyәtlә, doktor sevdiyi vә onu sevәn bütün in-
sanlarla belә münasibәt qurmaq fürsәtini әldәn qaçırmırdı.

Yaşlarımız artırdı. Bu dәfә doktorla artıq ilk eşqlәrimizә

62
   57   58   59   60   61   62   63   64   65   66   67