Page 59 - book-online
P. 59
SİYASƏTİN ÜSTÜNDƏKİ ADAM

Üç qardaş idilәr1. İkisi qarayanız üzlәri, ucları
bir az qırmızıya çalan burunları, dәn düşmüş
qara, qalın qaşları, qarşısındakılara hiddәtlә
baxdığı tәәssüratını yaradan gömgöy gözlәri ilә bir-
birlәrinә bәnzәyirdilәr. Boyları da, aşağı-yuxarı eyni
olardı. Ən kiçiklәri olan üçüncü isә qısaboylu, arıq,
sarışın idi. Şabalıd rәngli gözlәrindә hәmişә cәlbedici
bir parıltı diqqәti çәkirdi.
İndi o qәdәr dә yaxşı xatırlaya bilmirәm. Bu fәrqlilik,
deyәsәn, anadan ayrı olmaları ilә bağlı idi. Amma
xarakter, rәftar, davranış, ruh halı baxımından onları
biri-birinә qardaş saymaq mümkün deyildi. Ən böyüklәri
yalnız ailә daxilindә deyil, bütün cәmiyyәt içindә, hә a
Hilali-Əhmәr (Qırmızı Aypara – V.Q.) kimi yalnız
şәfqәtdәn yoğrulmuş bir çevrәdә dә әsәbi, hirsli, tünd-
mәcaz idi. Xasiyyәtinin tündlüyünә rәğmәn, bu tәsisatı
quraraq tariximizdә bir çox xeyirxah işlәrin banisi kimi
mühüm yer tutmasını ayrıca qeyd etmәk lazımdır. Lakin
Hilali-Əhmәrә rәisliyi dövründә Qızıl Ay aşxanalarında
fәqirlәrә eşşәk әti yedirtmәsi dә geniş dairәdә şöhrәt
qazanmasının bәlli-başlı sәbәblәrindәn biri olmuşdu.
Ona әsla bәnzәmәyәn digәr qardaşı sakit, yumşaq-
xasiyyәtli, azdanışan, kim bilir, bәlkә dә, ümumiyyәtlә,
çox az düşünәn adam idi. Mәn bu üç qardaşdan yalnız
biri barәsindә – atamın, anamın, mәnim, bacı-qardaş-

1Haqqında bəhs olunan şəxsin digər iki qardaşı da XX əsrin əvvəllərində türk tibb
tarixində öz izlərini qoymuşlar. Doktor Cəlaləddin Muxtar Özdən (1866-1947) der-
motologiya, doktor Kamal Muxtar Özdən (1874-1958) isə bakteriologiya sahəsində
tanınmış mütəxəssislər idi.

59
   54   55   56   57   58   59   60   61   62   63   64