Page 54 - book-online
P. 54
ìÿä Àüàîüëó

şәxsini әldә bәhanә tutub müstәqil bir türk dövlәtinin –
Azәrbaycan Cümhuriyyәtinin qurulmasına mane
olacaqlarını düşündü. Komandası altındakı qüvvәlәrlә
bir yandan yeni Türkiyә Cümhuriyyәtinin qurulmasını
әngәllәmәyә çalışan ermәnilәr vә ingilislәrlә döyüşürkәn,
o biri yandan da Cümhuriyyәt ordusunun hazırlanması
ilә bağlı tәdbirlәr görmәyә başladı. Hәyatının bu sәhifәsi
şeirlәrә, şәrqilәrә, әfsanәlәrә mövzu olacaq macәralarla
doludur. İngilislәrә әsir düşdü, hәbsxanadan qaçıb İrana
keçdi. Sonra tәkrar Azәrbaycana qayıtdı. Nәhayәt,
ortalıqda heç bir ümid yeri qalmadığını bilәndә, böyük
qardaşı Ənvәrin Türküstanda şәhid olması xәbәrini
alanda üzünü Avropaya tәrәf çevirdi.

Atamdan mәnә qalan bir neçә dostdan biri dә o idi.
İllәrlә davam edәn münasibәtlәrimizin üzәrimdә
buraxdığı tәsir, yәqin ki, atamınkı ilә eyni olardı. Gәnclik
illәrinin yaraşığından heç bir şey qeyb etmәdәn yavaş-
yavaş ixtiyarlaşan bu adam hәyatının son on ilindә ailә-
sinin, bir vaxtlar soyqırımından qurtardığı türk mәmlә-
kәtlәri mühacirlәrinin, nәhayәt, İ ihad vә Tәrәqqi
hәrәkatından hәyatda qalmış son insanların әtrafında
toplandıqları, ümid vә tәsәlli, hәyәcan vә qәlb rahatlığı
tapdıqları bir әlaqә, birlәşmә nöqtәsinә çevrilmişdi. An-
karada, Yenişәhirdә Hüseyn Babanın evindәki otağı
onunla çox sәmimi, çox hәyәcanlı görüşlәrimizә şahiddir.
Əski i ihadçı, hәqiqi milliyyәtçi olan Hüseyn Baba, İ i-
had vә Tәrәqqinin tәk varisi olaraq hәlә dә hәyatdadır.

Hüseyn Baba barәsindә İ ihad vә Tәrәqqinin tәk va-
risi deyirәm. Bu, hәqiqәtәn dә, belәdir. Mәrhum Əyyub
Sәdri ilә Hüseyn Baba özlәrinә әmanәt olunanları qoruyub
saxlamağı bacardılar.

54
   49   50   51   52   53   54   55   56   57   58   59