Page 55 - book-online
P. 55
Àòàìûí äîñòëàðû

Qafqaz ordularının әski baş komandanı türk dünya-
sının әsarәtdәn qurtulması ilә bağlı ürәyinin dәrinlik-
lәrindә bәslәdiyi ümidlәri heç zaman qeyb etmәdi. Hә a
İkinci Dünya müharibәsindә bir ara bu ümidlәrinin
hәqiqәtә çevrilәcәyinә belә inandı! Onunla hәmin vaxt
olan bir görüşümüzü indi dә çox yaxşı xatırlayıram.

Mәnә dövrün Baş naziri1 ilә söhbәtini xırdalıqlarına
qәdәr nağıl etdi. Alman ordularının keçәcәklәri yolu
xәritәdә uzun-uzadı göstәrdi. Almaniyada gәlәcәyin
türk dövlәtlәrinin hökumәtlәrini indidәn qurmağın zәru-
riliyini, bu mәqsәdlә bәzi tәmaslarda olduğunu dedi.
Artıq burada ticarәt işlәrini tamamәn dayandırdığını,
alman ordularına qoşulub Rusiyanın içәrilәrinә qәdәr
gedәcәyini, bir sözlә, mәsәlә ilә bağlı bütün plan vә
düşüncәlәrini tәfәrrüatlı şәkildә anlatdıqdan sonra “Tәk
bir şeydәn qorxuram, – deyә әlavә etdi. – Alman liderlәr
çox qaba adamlardır. Xalqın psixologiyasından bir şey
anlamırlar. Rusiya tamamәn çökmәdәn әsir millәtlәrin
istiqlalından söz açmaq belә istәmirlәr. Halbuki bu
millәtlәrin müstәqilliyini indidәn elan etmәk, onların
mühacir hökumәtlәrini Berlindә qurub indidәn bütün
dünyaya car çәkmәk lazımdır”.

Şübhәlәrimi söylәdim: hәlә Birinci Dünya
müharibәsinin sonunda alman ordularının mü әfiqimiz
olduğu halda Qafqazda bizimlә üz-üzә gәldiklәrini, necә
çarpışdığımızı xatırlatdım. “Mәğlub olmağa mәhkum-
durlar, – dedim, – çünki qabadırlar, özlәrindәn çox razı-
dırlar, bir az da zalımdırlar”.

Almaniyaya böyük hәyәcanla yollandığı sәfәrdәn üç
ay sonra geri döndü. İlk görüşümüz zamanı “Çox mәyus

1 Həmin dövrdə Türkiyə Cümhuriyyətinin baş naziri Şükrü Saracoğlu (1887-1953) idi.

55
   50   51   52   53   54   55   56   57   58   59   60