Page 56 - book-online
P. 56
ìÿä Àüàîüëó

qayıtdım, onların әlindәn bir iş gәlmәyәcәk, artıq buna
tam әminәm” – deyә almanlardan uzun-uzadı şikayәt-
lәndi.

Osmanlı ordusunun xatirәlәri arasında böyük, şәrәfli
yerinә, mәnsub olduğu ailәnin şöhrәtinә, bir qisim ailә
üzvlәrinin siyasi vә hәrbi nüfuzunun, әlaqәlәrinin hәlә
dә qorunub saxlanmasına baxmayaraq, dövlәtdәn hәr
hansı bir vәzifә tәmәnnasında olmadı. Sıravi vәtәndaş
kimi yaşadı. Özünә keramika – çini hazırlamaq sәnәtini
seçdi. Çiniçilik hәlә uşaq yaşlarından böyük maraq
göstәrdiyi, dәrindәn öyrәndiyi, hәqiqi sәnәtkar ruhu vә
hәvәsi ilә gördüyü bir iş idi. Lakin bütün sәylәrinә
rәğmәn, bu sahәdә müvәffәq ola bilmәdi. Sonradan
Qafqaz İslam Ordusu әski baş komandanını bir silah
fabrikinin başında gördük. Burada öz icadı olan top
mәrmisi ucluqlarından tutmuş tapançaya1 qәdәr çeşidli
silahlar, yenә öz ixtirası әl bombalarından top mәrmilәrinә
qәdәr çeşidli partlayıcı maddәlәr istehsal olunurdu.

Bütün bu icadlar, ixtiralar üzәrindә böyük şövqlә
çalışırdı. Hazırladığı hәr mәrmi, doldurduğu hәr güllә,
dәzgahdan çıxan hәr tapança vә mәrmi ucluğu onun
nәzәrindә türk ordusunun bir az daha qüvvәtlәnmәsinә
xidmәt edәn müqәddәs iş idi. “Qızıl Alma röyasının”
bu әbәdi xәyalpәrәsti fabrikindә istehsal olunan silahları
mәnә göstәrib izahat verәn zaman sәsi hәyәcandan
titrәyir, üzü saralırdı. Hәrdәn isә әyilib qulağıma bәzi
gizli, qorxunc silahların hazırlanması üzәrindә çalışdığını
pıçıldayırdı.

1 İxtira etdiyi və özünün silah zavodunda istehsalına başladığı yarıavtomatik “Nuri
Killigil” tapançası bizim günlərdə də İstanbul hərbi muzeyində nümayiş etdirilir.

56
   51   52   53   54   55   56   57   58   59   60   61