Page 52 - book-online
P. 52
HƏRBİYYƏ NAZİRİNİN QARDAŞI
Ailәnin bütün üzvlәri böyük oğulun qanadı altında
әn yüksәk mövqelәrә yiyәlәndilәr. Böyük oğul Osmanlı
imperatorluğunun son illәrinә hakim olan әn gözәl üz,
әn cәsur hәrәkәtlәr, әn sadә hәyat idi. O zamana qәdәr
adı-sanı heç yerdә bilinmәyәn iyirmi beş yaşlı qaimmәqam
qardaşını Türk birliyinin, Turan – Qızıl Alma xülyasının
gerçәklәşmәsi naminә irәli çәkmәsi mәhz yuxarıda
sadaladığım bu üç özәlliyi sayәsindә heç bir etirazla
qarşılanmadı. Hәlә Osmanlı ordusunun Şәrq hüdudlarını
aşıb ermәni soyqırımına mәruz qalan böyük bir türk
kütlәsini (azәrbaycanlılar nәzәrdә tutulur – V.Q.) fәlakәt
günü әrәfәsindә xilas etmәsi xәbәri İstanbula gәlib
çatınca, başqa cәbhәlәrdәki mәğlubiyyәtlәrin acısı
unudulmuş, mәmlәkәt yeni bir hәyat eşqi ilә canlanmışdı.
Amma heyhat! Bu müvәqqәti, çox müvәqqәti bir nәşә
idi. İmperatorluğun müәzzәm çöküşünün son gurultuları
lap yaxın zamanlarda eşidilәcәkdi. Nәhayәt, hәmin gün
gәlib çatdı. Ailәnin böyük oğlu gözdәn qeyb olub әfsanә
vә macәraların qәhrәmanına çevrildi. Sәsi hәr gün bir
diyardan eşidildi. İndi tutduğu yolda tәk deyildi. Kiçik
qardaşı da onun türk alәmindә qazandığı şöhrәti çәtinlik
çәkmәdәn paylaşırdı. Qafqaz İslam Ordusunun gәnc
komandanı haqqında danışılan hekayәtlәr, yazılan şeirlәr,
bәstәlәnәn şәrqilәr dillәrdә dolaşırdı. Milyonlarla insan
– qadın, kişi, uşaq qurtuluşla bağlı ümidlәrini yalnız
ona bağlayırdılar.
Atam bu gәnc komandanın siyasi müşaviri tәyin
edilib onunla bәrabәr Qafqaza getmişdi. Millәt vәkilliyi
52