Page 48 - book-online
P. 48
ìÿä Àüàîüëó
düşüncәsinin rәhbәrliyini çoxdan әllәrinә almışdılar.
Millәtlәr vә dinlәr yığını imperatorluğun idarәçilik
müvazinәtini saxlayan bu mühüm mәnәvi postlar
itirildikdәn sonra onu ya azsaylı millәtlәrdәn özünә әn
yaxın saydığı birinin rәisliyi, ya da bütünlükdә millәt vә
ümmәt anlayışlarını yerli-dibli inkarına yönәlәn fikir
cәrәyanının bayraqdarlığı missiyası qalırdı. Birinci yolu
tutmağa cәsarәti çatmazdı. Odur ki, ikinci yolu seçib,
xalqı özünә dinsiz dedirtmәkdәn çәkinmәdi. Artıq din-
sizliyi uğrunda döyüşәcәyini qayә kimi qәbul elәyәndәn
sonra hәyatını da dәyişdirmәyin zәruriliyi barәdә
düşünmәyә başladı. Özü kimi sakit, bәyazüzlü, balıq әti
kimi yumşaqbәdәnli, azdanışan, amma çox gülәn birinci
arvadını heç bir sәbәb olmadan boşayıb incә, uzunboylu,
hәmişә şux görünәn, әrinin dostları yanında sıxılmadan
gülüb-danışan, hәr yerdә açıqfikirli vә mәlumatlı
görünmәyә çalışan başqa bir qadınla evlәndi. Hәmin
gündәn sonra da mәndәn ötәri yarıqaranlıq koridordakı
qıfıla salınan açar sәsi, alatoran anbarın qoxusu, o rәngarәng
quru yemişlәr hәmişәlik yox oldu.
Atamın dostu yalnız bir çox fikirlәrinin әksәr hallarda
insanlara, cәmiyyәtә onu söylәyәn şәxsә nifrәt doğuracaq
dәrәcәdә yad vә yabançı olması ilә fәrqlәnmirdi. İncә,
uzun boyunun, ensiz çiyinlәrinin üstündәki çiçәk lәkәlәri
bürümüş qaraşın üzünün çirkinliyi ilә dә diqqәti çәkirdi.
Çıxardığı mәcmuәnin hәr sayında bu çirkin üzün bәzәn
bir, bәzәn isә iki vә ya daha çox rәsmi mütlәq әks olu-
nurdu.
İ ihad vә Tәrәqqi liderlәri ümmәt, yәni islamçılıq,
millәt vә milliyyәt fikirlәrinә, tәmayüllәrinә gәrәklilik
amili baxımından fәrqli baxsalar da, hәr üçünә eyni
iltifatla yanaşmırdılar. Prinsiplәrin ikisinә dә düşmәn
kәsilәn dinsizlәrә isә heç zaman üz vermirdilәr. Mәhz
48