Page 43 - book-online
P. 43
ANLAŞILMAYAN ADAM

Bәzi insanların taleyindә nә qәribә dәyişikliklәr baş
verir! Comәrddir, amma xәsis kimi tanınır. Cәsurdur,
amma qorxaqlıqda i iham olunur. Xәtibdir, amma gülünc
vәziyyәtdә qalıb. Ən gözәl fikirlәri söylәyir, lakin dediklәri
sayıqlama kimi qarşılanır. Aradan bir müddәt ötәndәn
sonra bir diribaş adam hәmin fikirlәri alır, özünün
düşüncәlәri kimi cәmiyyәtә satıb qazanc yiyәsi olur.

Birinci Türkiyә Böyük Millәt Mәclisinin stenoqramında
taleyi mәhz belә olan bir xәtibin nitqlәrinә tez-tez tәsadüf
etmәk mümkündür.

Atamın әn yaxın dostlarından idi. İkisi dә türkçü,
ikisi dә milliyyәtçi, ikisi dә qәrbçi kimi tanınırdılar. Hәt-
ta ikisinin dә üzü biri-birinә bәnzәyirdi. Gur, dağınıq
saçları dalğa-dalğa axıb çiyinlәrinә tökülәn bu qarayanız,
çirkin başda atәşlә parıldayan iri gözlәr insana etimad
vә yaxınlıq hissi tәlqin edirdi.

Gәncliyindә gözәl imiş, çox gözәl! Tәhsil aldığı Parisdә
qadınlar üzәrindә bütün dostlarını qısqandıran, hә a
onları özünә düşmәn edәcәk dәrәcәdә qısqandıran güclü
tәsiri varmış! Yaşadığı çoxsaylı eşq macәralarının әn so-
nuncusu ilә evlәnib Türkiyәyә dönmüşdü. İndi bu incә
görünüşlü qadını çox çәtinliklә xatırlayıram. Xәstә idi.
Bәlkә dә hәyatının barmaqla sayılacaq illәri qalmışdı.
Solmuş, әrimiş, canlı kölgәyә çevrilmişdi. Amma yenә
gözәl idi!

Atamın bu dostundan milli әdәbiyyat tariximizә,
milli siyasi natiqlik sәnәtimizin klassik nümunәlәri
arasına daxil edilmәyә layiq çoxlu fikirlәr, kәlmәlәr,
ifadәlәr qalıb. Türk millәtinә, türk ordusuna topdan

43
   38   39   40   41   42   43   44   45   46   47   48