Page 39 - book-online
P. 39
Àòàìûí äîñòëàðû
Belәcә, sifәt cizgilәrini ilk uşaqlıq illәrindә, atamla
birlikdә xatırladığım bu qara, yuvarlaqsaqqallı, bәyazüzlü,
parlaqgözlü sevimli insan da yenә eyni yolla “milli
xәtib” ünvanını almışdı. Gәnc yaşda şeirlәr qoşdu,
Selanikdә çıxan “Gәnc Qәlәmlәr” mәcmuәsindә heca
vәzninin әleyhinә yazılar yazdı. Yenә eyni şәhәrdә qısa
zamanda etibarlı dostlarına çevrildiyi Tәlәti, Ənvәri
tanıdı. Mәşrutiyyәt dövrünün inqilabçıları arasında әn
yaxın dostu isә hәlә monastırda, mәktәb illәrindәn
ünsiyyәt saxladığı Mustafa Kamal idi. Selanikdә, Atatürklә
birlikdә keçirdiyi zamanlardan bir çox xatirәlәr arasında
milli xәtibin bütün hәyatının rәmzi sayıla bilәcәk birini
Atatürk özü tez-tez danışırmış: “İkisinin dә qәpiyә güllә
atan vaxtlarında bir gün içki verilәn lokantaya gedirlәr.
Ciblәrindәki son para ilә yalnız adama bir qәdәh rakı
sifariş edә bilәrmişlәr. Ən ucuz qәlyanaltı almağa isә
imkanları yox imiş. Ətrafdakı masalarda oturanlar bol-
bol yeyib-içirmişlәr. Bu arada içәri şabalıd satan girir.
Atatürk yoldaşına “Üstündә para qalıbsa, şabalıd alaq”
– deyir. Dostu ciblәrini axtarıb on quruş tapır. Aldıqları
şabalıdlardan birini Atatürk dәrhal ağzına atıb dişlәmәk
istәyir. Lakin quru meyvә o qәdәr bәrk imiş ki, nә qәdәr
çalışsa da, sındıra bilmir. Dostuna tәrәf çevrilib “Hәyat
nәdir?” – deyә sual edir. Qarşısındakı adam üzündә
hәzin bir tәbәssümlә, “Kamal, hәyat indi bir quru
şabalıddır” – cavabını verir”.
Bәli, atamın bu dostu üçün hәyat, hәqiqәtәn dә, heç
cür dişlәyib sındıra bilmәdiyi quru şabalıddan
fәrqlәnmәdi. İndi isә qırx il әvvәlә dönәrәk İstanbulun
yoxsul mәhәllәsindә – Molla Güranidәki1 evimizi, atamın
iş otağını xatırlayıram. Xәtib hәrarәtli dillә nә isә bir
1 İstanbulun Fatih səmtindəki məhəllələrdən birinin adı. Görkəmli din alimi,
Osmanlı müftisi, Fateh Sultan Mehmetin xocası Molla Güraninin (1410-1488)
şərəfinə adlandırılmışdı.
39