Page 35 - book-online
P. 35
Àòàìûí äîñòëàðû

etmәlidir?” mәsәlәsi әtrafında fikirlәrini bölüşürdü.
Amma qәribә bir tәzadlı vәziyyәt yaranmışdı: mövzu
ilә bağlı ortalığa atdığı fikirlәrin tam әksi yenә eyni
qәzetin sütunlarında Əhmәd Ağaoğlunun mәqalәlәrindә
ehtirasla müdafiә olunurdu. Mürşüdә görә, yeni şәraitdә
dövlәt hәr şeyin әsasında durmalı idi. Hüququn qaynağı
bundan sonra ancaq dövlәt sayılmalı idi. Mürşüd “Haqq
yox, vәzifә var!” – tezisini i ihadçılar zamanında da
ortaya atmışdı. İndi isә öz köhnә ideyasının qәbulunda
daha böyük sәbatlılıq göstәrәcәyi göz önündә idi.
Mürşüdün qәnaәtinә görә, milli iqtisadiyyatı da әsgәrlik
kimi, “Tibb Mәktәbi”, “Mülkiyyә Mәktәbi” kimi, dövlәt
yaratmalı idi. Sistemin daha sonra Konstitusiyada –
Anayasada rәsmәn qәbul olunacaq adını da “dövlәtçilik”
şәklindә müәyyәn etmişdi. Ağaoğlu Əhmәd isә yeni
dövlәtin tamamilә liberal prinsiplәrә әsaslanmasının
zәruriliyindәn yazır, “Türk millәtinin Qәrb mәdәniyyәtinә
qovuşmasının tәk yolu, bu mәdәniyyәti meydana gәtirәn
sәrbәst tәşәbbüs prinsipinin sәmimiyyәtlә qәbul
edilmәsindәn ibarәtdir” – deyirdi. Mәhz hәmin sәbәbdәn
dә fәrdin haqları dövlәtdәn daha öndә durmalıdır.
Dövlәtin vәzifәsi isә bu haqların müdafiәsinә vә
mühafizәsinә tәminat vermәkdir.

Bu iki dost özlәrinin iki tezisi ilә Cümhuriyyәt Xalq
Partiyasının1 proqramını vә dövlәtin әsas qanununu
hazırlamaq üçün Qazinin2 rәhbәrliyi altında toplanan
elmi heyәtdә qarşı-qarşıya gәldilәr. Amma orada da

1 Türkiyənin aparıcı siyasi partiyalarından biri. Әsası 1923-cü il, sentyabrın 9-da
Mustafa Kamal Paşa tərəfindən qoyulmuşdur. Siyasi istiqamətini atatürkçülük və
sosial-demokratiya ideyaları təşkil edir. Türkiyə Cümhuriyyətinin qurucusu olan
siyasi qüvvədir.
2 Qazi – Atatürk soyadını qəbul edənə qədər Mustafa Kamal Paşa İstiqlal
Savaşındakı tarixi qələbəsinə görə daha çox bu adla tanınırdı.

35
   30   31   32   33   34   35   36   37   38   39   40