Page 33 - book-online
P. 33
Àòàìûí äîñòëàðû
Burada bir nöqtәyә işarәt etmәk yerinә düşәr.
Mürşüd türk millәtinin hәr zaman qәhrәmanlara
heyran kәsildiyinә, onların әtrafında birlәşib bir sözlәri
ilә dünyanın fәthinә yürüdüyünә vә bütün türk tarixinin
әsrlәr boyu aşağı-yuxarı bu şәkildә davam etdiyinә
sәmimi-qәlbdәn inanırdı. İkinci Mәşrutiyyәt1 inqilabından
sonra imperatorluğu ancaq bir nәfәr xilas edә bilәrdi.
Elә isә Ənvәr Paşa mütlәq bir qәhrәman olmalı idi.
Mürşüd tәrәddüd hissi keçirmәdәn onu düşündüyü
qәhrәman kimi tәrәnnüm etdi. Amma imperatorluq
çökdü. İndi türk millәti yeni, başqa bir qәhrәmana
möhtacdır. Hәmin yeni qәhrәman Mustafa Kamal
olacaqdı! Ənvәr Paşanın şәrәfinә yazdığı şeirlәri Mustafa
Kamal üçün dә kiçik dәyişikliklәrlә eynәn tәkrarladı.
Özü isә әvvәlki qaydası ilә bir dövlәt, cәmiyyәt vә fәrd
olaraq türk millәtini Qәrb mәdәniyyәti sәviyyәsinә yük-
sәltmәk üçün tapılması, gedilmәsi lazım olan yolları
göstәrәcәkdi. Diyarbәkirdә daşbasma üsulu ilә çıxardığı
kiçik mәcmuәnin әsas mәqsәdi, qayәsi bu idi. Mәcmuәni
tәdqiq edin: latın hәrflәrindәn soy adlarına qәdәr, dövlәt
anlayışından türk dilinin sadәlәşdirilmәsinә qәdәr son-
radan Atatürkün ardıcıl hәyata keçirәcәyi bütün ictimai
inqilabların nәzәri müddәalarını mәqalәlәr halında onun
sәhifәlәrindә tapa bilәrsiniz. Mürşüd bu işi görәrkәn
bilincli şәkildә “islam ümmәtindәn, türk millәtindәn,
Qәrb mәdәniyyәtindәn olmaq” düsturunun “islam ümmә-
tindәn olmaq” qismini bir qәdәr arxa plana sıxışdırmışdı.
Bu yolla da әsas diqqәti türk qövmünün İslamdan әvvәlki
tarixinә yönәltmәklә Xilafәtin artıq türk millәtinin
1Osmanlı imperiyası tarixində ilk dəfə 1876-cı ildə qəbul olunan, lakin tətbiqinə
imkan verilməyən Qanuni-Әsasinin (Konstitusiyasının) 1908-ci ildə gənc türklər
inqilabı nəticəsində yenidən yürürlüyə girməsi ilə başlanan və 1920-ci ilə qədər
davam edən dövr.
33