Page 38 - book-online
P. 38
MİLLİ XƏTİB
İ ihad vә Tәrәqqi dövrünün diqqәtәlayiq xüsusiy-
yәtlәrindәn biri dә partiyanı idarә edәnlәrin siyasi,
hәrbi, fikir, sәnәt – sözün kәsәsi, hәr sahәdә bir
adamı dahi, qәhrәman sifәtlәri ilә bәzәyib, süslәyib
ortaya çıxarmaları idi. Bu yolla müxtәlif millәtlәrin,
dinlәrin, mәzhәblәrin yığını olan Osmanlı imperatorlu-
ğunun tarixә qovuşması әrәfәsindә dövlәtin hәqiqi quru-
cusunu – türk millәtini mümkün qәdәr sağlam bünövrә
üzәrindә ayırıb fәrqlәndirmәk imkanlarını aramışdılar.
Belә bir әhvalat danışırlar:
Mәşrutiyyәt elanından sonra, İ ihad vә Tәrәqqi
Cәmiyyәti hәlә İstanbula gәlib yerlәşmәmişdәn әvvәl
inqilabın әsas simalarından biri – hәrbçi, minbaşı Ənvәr,
Selanikә dәvәt edilir. Tәlәt bәy bir stansiya qabaq qatara
minib Ənvәri bir tәrәfә çәkir, “Selanikdә böyük bir
qәlәbәlik sәni gözlәyir. Hәr tәrәf bayraqlarla bәzәdilib.
Sәn bu andan etibarәn milli qәhrәmansan. Çalış, bu ada
uyğun hәrәkәt et!” – deyir. Ənvәr gözәl üzü, utancaq vә ürkәk
nәzәrlәri ilә qarşısındakı adama baxır. Tәlәt sakit bir
tәrzdә sözünә davam edir: “Buna ehtiyacımız var”.
Şәxsәn Tәlәtin özünә “böyük siyasәtçi”, Əbdülhәq
Hamidә1 “dahi şair”, Rza Tevfiqә2 “milli filosof”, Mehmet
Eminә “milli şair” libasları da tәxminәn eyni şәkildә,
oxşar mәrasimlәrlә geyindirildi. Başlanmış hәrәkat yo-
lundan qәtiyyәn sarpmadan Ərtoğrul Möhsünә3 “milli
artist – milli aktyor” adı verilincәyә qәdәr davam etdi.
1 Әbdülhəq Hamid Tarxan (1852-1937) – türk şairi, dramaturq, ictimai xadim, türk
ədəbiyyatında romantizmin banisi və mənzum dramın yaradıcısı kimi tanınır.
2 Rza Tevfik Bölükbaşı (1869-1949) – türk şairi, filosof, ictimai xadim
3 Әrtoğrul Möhsün (1892-1979) – türk teatr xadimi, aktyor, rejissor
38