Page 40 - book-online
P. 40
ìÿä Àüàîüëó

şeylәr danışır. Atamın üzü ciddidir. Arada-sırada
“Haqlısan, bu işlәri görmәk lazımdır!” – deyir. Sonra
hafizәmdә bir gecәyarısı canlanır. Bardaqdan su
tökülürmüş kimi, şıdırğı yağış yağırdı. Birdәn qapı
döyüldü. Atam sanki bunu gözlәyirmiş kimi, dәrhal
yatağından sıçradı. Gәlәnlәr bir neçә nәfәr polis vә
inzibat amirlәri idi. Atamı alıb özlәri ilә apardılar.
Hafizәmin dәrinliklәrindәki xәyallar bir-birini tәqib edir.
Yenә bir gün, qaranlıq qovuşan zaman atamla xәtib dos-
tunun, ciblәrinә böyük tapançalar qoyub küçәyә
çıxdıqlarını xatırlayıram. O axşam evimizdә yamanca
tәlaş vardı. Atamla dostu bir tәrәfdәn qәhqәhә çәkib
gülür, Kamil Paşa hökumәtinin1 iki saat әrzindә dev-
rildiyini bir-birlәrinә aman vermәdәn danışırdılar, digәr
tәrәfdәn hәmin gün güllәyә tuş gәlib hәlak olanlar üçün
acı çәkirdilәr.

Nәhayәt, deyәsәn, Birinci Dünya müharibәsinin ilk
aylarında günәşli bir gün gözümün önünә gәlir.
Qoltuğuma vurduğum bir topa köhnә qәzetlә bağçada
bağıra-bağıra qәzetsatan oyununu oynayıram. Atamın
iş otağının pәncәrәsi açılır. Xәtib dostu başını pәncәrәdәn
bayıra uzadıb, “Bura gәl, mәnә bir “Tәrcümani-Hәqiqәt2
ver” – deyir. Bir azdan atamla bağçaya çıxdılar, bir-
birlәrinә sarılıb uzun-uzun öpüşdülәr vә ayrıldılar. Xәtib
inqilab etmәk, Mәşrutә hәrәkatı yaymaq üçün İrana
gedirdi.

Atamın bu dostu ilә bağlı uşaqlıq xatirәlәrim o qәdәr
köhnә, o qәdәr qarmaqarışıq vәziyyәtdәdir ki, indi nә

1 Dörd dəfə Osmanlı dövlətinin sədrəzəmi olmuş Kamil Paşanın (1883-1913)
rəhbərlik etdiyi sonuncu hökumətin 23 yanvar, 1913-cü ildə ittihadçılar tərəfindən
devrilməsi nəzərdə tutulur.
2 "Tərcümani-həqiqət" – əsası yazıçı və jurnalist Әhməd Midhət Әfəndi (1844-
1912) tərəfindən qoyulan türk qəzeti. 1878-1921-ci illər arasında İstanbulda çap
olunmuşdu.

40
   35   36   37   38   39   40   41   42   43   44   45