Page 44 - book-online
P. 44
ìÿä Àüàîüëó

“Mehmetcik” adını ilk dәfә verәn o olmuşdu. Türk kәnd-
lisinin anlaya bildiyi dildә ilk şeirlәri, ilk sәhnә әsәrlәrini
yazan yenә dә odur.

Hәlә bunlar da hamısı deyil. Birinci Böyük Millәt
Mәclisindә qәrbli olmaq, Qәrb mәdәniyyәtinin ideyalarını,
müәssisәlәrini qәbul etmәk uğrunda әn inadla mübarizә
aparanlardan biri dә o idi. Qadınların kişilәrlә bәrabәr
hüquqa sahib olmasını, köhnә ifadә ilә desәk, “tәәddüdü-
zövcat”ın (çoxarvadlılıq, birdәn artıq qadınla nikaha
girmәk – V.Q.) aradan qaldırılmasını ilk dәfә tәlәb edәn
dә o olmuşdu. Bu fikrini Böyük Millәt Mәclisi tribuna-
sından müdafiә edәrkәn zәrblә masalara vurulan yumruq
sәslәri, “Sus!” bağırtıları, hәdәlәr, fitәbasmalar arasında
aşağıda gәtirdiyim hiss vә sәnәt dolu cümlәlәri söylәyәcәk,
әn başlıcası isә digәrlәrinә eşitdirәcәk dәrәcәdә özünә
hakim olmağı bacarmışdı: “Əfәndilәr, yumruqlarınızı
masalara, ayaqlarınızı döşәmәyә deyil, mәnim, bizim,
sizin, hamımızın zavallı analarımızın, nәnәlәrimizin,
qızlarımızın başına vurursunuz!”

Heyhat! Birinci Türkiyә Böyük Millәt Mәclisindә onu
anlamayanlar yalnız әleyhdarları, müxalif fikirlilәr,
mühafizәkarlar deyil, hәm dә öz dostları idi. Hәr tәrәfdәn
sәsinin kәsilmәsi, susdurulması istәnilirdi. Elә bir zaman
gәlib çatdı ki, artıq başda oturanlara yalvarıb söz istәmәk
mәcburiyyәtindә qalmışdı: “Bircә kәlmә söylәyәcәyәm,
rica edirәm, mәnә söz verin”.

“Artıq beş-altı kәlmәni belәcә söylәmiş oldunuz!”
Ətrafı bürümüş qәhqәhәlәr arasında dayanmadan
“Söz istәyirәm! Söz istәyirәm!” – deyә bağırıb dururdu.
Birinci Millәt Mәclisinin son mәşhur simalarından
biri, deyәsәn, Xoca Vәhbi Əfәndi1 özü dә aralarında ol-

1 Xoca Vəhbi Әfəndi – Məhmət Vəhbi Çelik (1862-1949) – türk din və siyasət
adamı. Osmanlı Məclisi-Məbusanın, I və IV Türkiyə Böyük Millət Məclisinin üzvü
olmuşdu.

44
   39   40   41   42   43   44   45   46   47   48   49