Page 47 - book-online
P. 47
DİNSİZ MÜTƏFƏKKİR
Hafizәmdә, uşaqlıq illәrimә dair xatirәlәrin әn dәrin
qatında yarıdad, yarıqoxu, bir az sәs, cizgilәri silinib
getmiş bir neçә üzdәn ibarәt tablo yatmaqdadır.
Alaqaranlıq koridorda yumşaq, isti bir qadın әli qolumdan
yapışıb iti addımlarla mәni harasa aparır. Sol tәrәfdә
dayanırıq. Bir açarın qıfılın içindә çevrildiyini eşidirәm.
Pәncәrәdәn düşәn işığın xәfifcәsinә aydınlatdığı otaqda
burnuma alma, armud qoxusu gәlir. Gözlәrim rәflәrdә
parıldayan rәngbәrәng mürәbbә balonlarına sataşır. Di-
vardan salxım-salxım sucuqlar asılıb. Döşәmәdә, divar
dibinә düzülmüş ağzıaçıq sandıqlarda әrik vә gilәnar
qurusu, fındıq, badam, ceviz rәngdәn rәngә çalaraq
durmaqdadır.
Qadın ciblәrimi quru meyvәlәrlә doldurur. Dolabların
birindәn qәhvә fincanı boyda şüşә qab götürüb mәnә
uzadır. Onu әlimә alarkәn sevincimdәn titrәyirәm. Bu,
çox sevdiyim vә o zaman “mürәbbә” dediyimiz qatı,
ağızda saqqız kimi çeynәnә bilәn gilәnar riçalıdır. Qadının
yumşaq әli üzümü oxşayır. “Yenә dә bir şey istәyirsәnmi?” –
deyәn şirin sәsini eşidirәm.
Azuqә anbarının sahibi, qadının әri dövrün çoxçeşidli
fikir cәrәyanları arasında mütәfәkkir düha olmaq hәvәsinә
düşәn zaman әtrafının birdәn-birә tamamilә bomboş
qaldığının fәrqinә varmışdı.
Hәmyerlilik baxımından özünә yaxın saydığı
dostlarından biri – Ziya Göyalp milliyyәtçi fikrin mür-
şüdlüyünü, digәri – Süleyman Nazif1 ümmәt vә islamçılıq
1Süleyman Nazif (1870-1927) – Osmanlı imperatorluğunun son dönəmində və
Türkiyə Cümhuriyyətinin ilk illərində ictimai fikirdə yaxşı tanınan şair, yazıçı və ic-
timai xadim
47