Page 36 - book-online
P. 36
ìÿä Àüàîüëó

üstünlük mürşüdün tezisinә verildi. Tәtbiqat onun irәli
sürdüyü prinsip әsasında, amma getdikcә daha çox
әslindәn uzaqlaşmaqla hәyata keçirildi.

Türkiyә İkinci Böyük Millәt Mәclisinә Diyarbәkirdәn
millәt vәkili kimi daxil oldu. Lakin yeni siyasi hәyatına
hәvәssiz başlayırdı. Özündә qәribә, yaşı ilә әsla uyuşmayan
maddi vә mәnәvi yorğunluq hiss edirdi. Bәzәn günlәrlә
sürәn şiddәtli başağrılarından gözlәrini aça bilmirdi.
Əvvәllәr dә çox hәrәkәtli deyildi. Amma indi sadәcә
hәrәkәtsiz deyil, halsız görünürdü. Danışmağa başlayanda
hәmişә durmadan tәr tökürdü. Onu belә vәziyyәtdә
görәnlәr, adı alәmә sәs salan hәmin mәşhur adam
olduğuna heç cür inanmaq istәmirdilәr. Bir vaxtlar ağzını
açanda qarşısındakılar dodaqlarından şirin bir sәsin
ifadәsi vә vaiz inandırıcılığı ilә tökülәn müdrik sözlәrin
cazibәsinә qapılıb saatlar boyu dinlәmәkdәn usanmazdılar.
Amma bu dәfә sәsi boğuq çıxırdı. Fikirlәrini zaman-
zaman pәrişanlığa varacaq dalğınlıqla, çәtinlik çәkә-çәkә
çatdıra bilirdi. Atatürk mürşüdün şәrәfinә verdiyi bir
çay süfrәsindәn qalxdıqları zaman “Bütün o әsәrlәri,
mәqalәlәri yazan hәqiqәtәnmi bu adamdır?” – deyә
tәәccüblә soruşmuşdu.

Nә baş verirdi? Mürşüdün ruhunda, beynindә ciddi
bir dәyişiklikmi meydana çıxmışdı? Əslinә baxanda, hәlә
gәncdi. Qocaman bir mәmlәkәtin fikir alәmindә
yarımpeyğәmbәr mәrtәbәsinә yüksәlmiş bu adam hәlә
heç әlli yaşına da çatmamışdı.

Ətrafındakı insanlar, dostları, tәlәbәlәri ondakı
dәyişikliyin sәbәblәrini araşdırdıqları zaman mürşüd
özü gizli hәqiqәti bütün çılpaqlığı ilә görürdü. Bәzәn
gözlәrini qapayıb ilk gәnclik illәrinin bir gecәsini
xatırlayırdı. Diyarbәkirdәki evlәrindә, yataq otağındakı
çarpayısında bardaş qurub oturmuşdu. Önündә, yanında,

36
   31   32   33   34   35   36   37   38   39   40   41