Page 32 - book-online
P. 32
ìÿä Àüàîüëó

Maltadan sәrbәst buraxılan kimi, birbaşa Ankaraya
gәldi. Ankara milli heysiyyәt düşüncәsinә sayğı nümunәsi
kimi siyasi rәqiblәri sayılacaq i ihadçıları әsirlikdәn
qurtarmışdı. Amma bununla belә, onlara ürәksiz, çәkingәn,
inamsız münasibәt sәrgilәyirdi. Anadoluya keçәn digәr
i ihadçılar kimi mürşüdә dә gülәr üz göstәrmәdilәr.
Doğulduğu yerә – Diyarbәkirә gedib orada yaşamasını
tövsiyә etdilәr. Milliyyәtçilik, Qәrb dünyası, mühafizәkar
vә mütәrәqqi cәmiyyәt ideyalarının beyninin dәrin-
liklәrindә bir-birindәn mübhәm, lakin olduqca cәlbedici
qavrayışlar halında baş qaldırdığı bir vaxtda yenidәn
bu orta çağ şәhәrinә dönürdü. Amma adı artıq bütün
Türk dünyasında tanınan alim kimi dönürdü. Bu dönüş,
hәyatında yeni bir mәrhәlәnin başlanğıcına çevrildi.
Diyarbәkir vә әtrafı şeyxlәr, xocalar, dәrәbәylәr diyarı
idi. O da bu şeyxlәrin, hә a dәrәbәylәrin arasına hәqiqi
şeyx kimi üstündә bardaş qurub әylәşәcәyi dәri parçasını
ata bilәrdi. Lakin ortalığa sәrdiyi, sadәcә ceyran dәrisi
deyil, bir mәcmuә olacaqdı! Doğma şәhәrindәki yeganә
daşbasma mәtbәәsindә çıxarılan әl içi boyda, hәqiqәtәn
dә, adına uyğun bir nәşr – “Kiçik Mәcmuә”!1 O, mәcmu-
әsinin sәhifәlәrindә artıq süquta uğramış Osmanlı impe-
ratorluğunun yerindә qurulması tarixin hökmünә çevrilәn
yeni Türk Dövlәtinin ideya әsaslarını cәsarәtlә işlәyib
hazırlayacaqdı. Başladığı işdә müvәffәq olmaq üçün bir
vaxtlar İ ihad vә Tәrәqqi Partiyasının rәhbәrlәrinә müna-
sibәtdә nümayiş etdirdiyi sәmimiyyәti tәkrar ortaya
qoymaqdan çәkinmәyәcәkdi. Milli Mücadilәnin rәhbәr-
lәrini qәhrәman kimi qәbul vә elan etdikdәn sonra әsl
vәzifәsinin başına keçә bildi.

1Ziya Göyalpın redaktorluğu ilə 1921-1922-ci illərdə Diyarbəkirdə daş basması
üsulu ilə çap olunan həftəlik ictimai-siyasi və fəlsəfi məcmuə

32
   27   28   29   30   31   32   33   34   35   36   37