Page 30 - book-online
P. 30
ìÿä Àüàîüëó

Bu sükut, dövrün hәrbi vә mülki diktatorlarına
münasibәtdә dә eyni şәkildә davam edirdi. "Gözlәrimi
qaparım, vәzifәmi yaparım" – kәlamını mәcburi bir
intizam vә itaәt әmri kimi hamıdan әvvәl özünә
münasibәtdә dönmәdәn hәyata keçirirdi. Yәni gözlәrini
bәrk-bәrk yumur, üzәrinә düşәn vәzifәlәri әn kiçik
yanlışlığa yol vermәdәn yerinә yetirirdi.

Bu sәtirlәrim heç bir halda filosof-mürşüdün Birinci
Dünya müharibәsi dövründә tutduğu mövqenin tәnqidi
kimi qәbul edilmәmәlidir. Sadәcә, hәyatının hәmin
mәrhәlәsindәki tövrünü, görünüşünü qәlәmә almışam.
O illәrdәn uzaqlaşdıqca hadisәlәr, hәrәkәtlәr, sözlәr
sahiblәrinin mәqsәd vә mәramlarını daha dәqiq, daha
tam ifadә edәn mәnaları alırlar. Zatәn insanın şәxsi vә
ictimai hәyatında sәbәb, vәsilә vә ya şahid olduğu bütün
gerçәklәr eyni, dәyişmәz qanuna tabedir. Bunların hәqiqi
dәyәrlәri, meydana gәtirdiklәri qabarma-çәkilmәlәr,
dalğalanmalar, dedi-qodular sakitlәşәndәn, sükuta
qovuşandan, yaddaşlardan silinәndәn, sözün kәsәsi,
zamanın tәmizlәyici әli öz tәsirini göstәrәndәn sonra
bәlli olur.

İndi soruşuram: işdi-şayәddi, mürşüd, üzәrinә düşәn
vәzifәni gözlәrini yumub yerinә yetirmәsәydi, әtrafı
bürümüş biri-birindәn fәrqli doğru, yaxud yanlış
rәvayәtlәri, yolsuzluqları, fәnalıqları araşdırmaqla mәşğul
olsaydı, onları islah edib aradan qaldırmağa çalışsaydı,
bu işlәrin öhdәsindәn gәlә bilәrdimi, әcәba? Xeyr! Belә
olan tәqdirdә böyük mәnfәәt çәkişmәlәrinin ortasına
atılmış olacaqdı. Mücadilә zamanı, bәlkә dә, әn yaxın
dostlarından birinin xәyanәtini görәcәkdi. Vә tәbii ki,
bu şәrtlәr daxilindә әsl vәzifәsini yerinә yetirә
bilmәyәcәkdi. Mürşüd türk millәtini Qәrb mәdәniyyәtinә

30
   25   26   27   28   29   30   31   32   33   34   35