Page 26 - book-online
P. 26
ìÿä Àüàîüëó

kürәkәnlәrinin, nәvәlәrinin, mәhәllә uşaqlarının әlindә
gücsüz oyuncaqdan başqa bir şey deyillәr. Bir fürsәt
tapıb özlәrini tәqdim etmәk, ya etdirmәk imkanı qazanan-
da dәrhal keçmiş sәdrәzәm, keçmiş nazir, keçmiş vәkil,
keçmiş sәfir, keçmiş müstәşar olduqlarını xatırlatmağa,
gözә soxmağa can atırlar. Bitib-tükәnmәk bilmәyәn
xatirәlәrә bağlı keçmiş adlarının, vәzifә vә rütbәlәrinin
qarşılarındakılara göstәrdiyi tәsiri nurdan düşmüş,
yorğun gözlәri ilә daha görümlü şәkildә anlamağa
çalışırlar.

Ah, hәyat! Sәfil, gülünc, hәzin mәnzәrәlәrlә dolu
macәra! Dünyanı kәnardan seyr edәn şüurlu bir varlığın
görәcәyi nәdir? Qarışqa kimi sürü ilә bir tәrәfdәn digәr
tәrәfә axınetmә hәrәkatı, biri-birinin yanında gah gülәn,
gah ağlayan insanlar! Doğumlarla ölümlәr eyni anda
baş verir. Sәbәbsiz qovğalar, sәbәbsiz xoşbәxtliklәr,
sәbәbsiz әlәmlәr!

Nifrәt bәslәdiyimizә görә ölümünә sevindiyimiz
insanın arxasınca sevgimiz olduğu tәqdirdә, tәbii ki,
ağlayacaqdıq. Nәyә görә ona nifrәt edirdik, onu nә üçün
sevirik – bütün bunları soruşmaq mümkün deyil. Bizә
etdiyi pislik şәxsin özünün sevincinә, sәadәtinә әsas
veribsә, bu adama düşmәn kәsilmәyә haqqımız varmı?

Atamın dostları kimlәr idi? İlk gәnclik çağlarından
tanıdığı, siyasi hәyatının dolanbaclarında qarşılaşdığı,
qocalıq illәrini bәrabәr keçirdiyi bir çox insanlar! Onların
hamısını uşaqlıq illәrindәn tanıyıram. Üzәrimdәki tәsirlәri,
hәyatımda buraxdıqları izlәri tam o zamanlardan başlayır.
İndi onları düşünәrkәn görürәm ki, vәzifә kürsülәrindәn,
rәsmi sifәtlәrindәn ayrıldıqdan sonra insanlar heç zaman
pis olmurlar. Onu ailә, cәmiyyәt, millәt içindә fәna
göstәrәn sәbәblәr tutduqları vәzifәdәn, sahiblәndiklәri

26
   21   22   23   24   25   26   27   28   29   30   31