Page 22 - book-online
P. 22
ìÿä Àüàîüëó

ÜÇÜNCÜ NƏŞRƏ ÖN SÖZ

Bu kitabın ikinci nәşrindәn sonra aradan tәxminәn on
il ötdü. Mәmlәkәt üçün dә, özüm üçün dә bu gün keçmişә
dalıb düşündüyüm zaman әfsanәvi hekayәlәr hәyәcanı
ilә xatırladığım, әksәri qorxunc, hüznlü, әlәmli hadisәlәrlә
dolub-daşan illәr! İndi hafizәmdә atamın dostlarının
yanında mәnim dostlarımın da macәralarla süslәnmiş,
rәsmlәrә çevrilmiş, rәnglәrlә boyanmış xatirәlәri yaşayır.
Onlardan bәzilәri haqda “Tanış üzlәr” kitabımda bәhs
etmişdim. Qalanlarını da yenә hafizәmdә iz salmış
görünüşlәri ilә irәlidә anladacağam. Belәliklә, mәmlәkәtin
siyasi hәyatında aşağı-yuxarı yarım әsrlik dövr әrzindә
izlәrini qoymuş insanların әksәr qismi böyük bir tablonun
çәrçivәsi içәrisindә, eyni zamanda hәr biri öz yerindә vә
guşәsindә, amma eyni qismәtin – dostluq qismәtinin
halqaları arasında birlәşәcәklәr. Bir qismi bәdәn kimi
ölmüş, amma ruh olaraq yaşayan, bir qismi hәm bәdәn,
hәm dә ruh olaraq ölәn, bir qismi isә bәdәn halında
yaşadıqları halda, ruh kimi xatirәlәrdәn silinib getmiş
halqalar...

“Atamın dostları” kitabını üçüncü dәfә, hәm dә bәzi
әlavәlәrlә nәşr edirәm. Yenilәri ikinci nәşri hazırlayarkәn
hal-hazırda hәyatda olduqları üçün kitaba salmamışdım.
İndi aramızda deyillәr. Onların ölümü ilә indi atamın
dostlarından hafizәmdә iz buraxanların heç biri artıq
yaşamır.

Atamın dostları hәyatda olduqları müddәt әrzindә
qәribә bir hissim vardı. Onlarla görüşdüyüm zaman
sanki bir az da atamı görmüş kimi olurdum. Artıq heç
biri yoxdur. Demәk, atam da bәdәn olaraq artıq mәndәn
ötrü yüzdә yüz ölüb. Belәcә, "atamın dostları" dәftәri dә
әbәdilik qapanıb.

22
   17   18   19   20   21   22   23   24   25   26   27