Page 23 - book-online
P. 23
Àòàìûí äîñòëàðû

Atamın hafizәmdә uşaqlıq illәrinin dumanlar arxasında
qalmış günlәrindәn bәri xatırlayıb bu kitabda tanıtmaq
istәdiyim dostları kimlәrdir?

1. Ziya Göyalp: Professor, İ ihad vә Tәrәqqi Partiyası
Mәrkәzi Komitәsinin üzvü, türk milliyyәtçiliyinin böyük
vә mistik mürşüdü.

2. Ömәr Naci: İ ihad vә Tәrәqqi Partiyasının tanınmış
idealist sözçüsü.

3. Tunalı Hilmi: Türkiyәdә kәndli davasının idealist si-
malarından biri. Şair. Birinci Türkiyә Böyük Millәt Mәclisinin
üzvü.

4. Doktor Abdulla Cövdәt: Osmanlı Mәşrutә inqilabı-
nın son illәrindә yetişәn vә Qәrbә meyillilik hәrәkatının
öncüllәrindәn biri. "İctihad" mәcmuәsinin sahibi.

5. Nuri Paşa: Ənvәr Paşanın qardaşı. Birinci Dünya
savaşının son ilindә Qafqaza girәn ordunun komandanı.

6. Professor, Doktor Aqil Muxtar Özdәn: Hәkim, eyni
zamanda böyük mütәfәkkir.

7. Vәkil Heydәr Rifәt: Cәsarәtliliyi qәdәr vәkillik ba-
carığı ilә dә şöhrәt qazanmışdı.

8. Topçu İhsan: Atatürkün Milli Mücadilә silahdaşı. İs-
tiqlal Mәhkәmәsinin sәdrlәrindәn biri, Cümhuriyyәtin ilk
vә son Dәnizçilik naziri olmuşdu.

9. Cәlal Sahir: Tanınmış şair.
10. Doktor Nazim: Tanınmış i ihadçı. "İ ihad vә Tәrәqqi"
partiyasının Mәrkәzi Komitәsinin üzvü. Mәşrutiyyәt
dövrünün sonuncu Maarif naziri.
11. Professor Yusif Akçura: Türk milliyyәtçiliyinin
öndәrlәrindәn biri. Uzun illәr Türkiyә Böyük Millәt Mәclisi
üzvü.
12. Əbdül Rәşid Əfәndi: İ ihad vә Tәrәqqi hökumәtinin
tәbliğat işlәri aparmaq üçün Şәrq mәmlәkәtlәrinә göndәrdiyi
şәxs.

23
   18   19   20   21   22   23   24   25   26   27   28