Page 21 - book-online
P. 21
Àòàìûí äîñòëàðû
fәrqliliyi nisbәtindә dә haqsızdır. Halbuki cәmiyyәtdә
mövqe sahiblәri olduqları üçün sadәcә "yaxşı" vә "pis"
deyә tanındılar. Mәn isә atamın dostlarını bu tәsәvvürlәrin
fövqünә çıxararaq düşünürәm vә ucadan deyirәm ki,
tarixin, onlar barәdә verdiyi hökm necә olursa olsun,
onlar mәnim yaddaşımda yaxşı insan kimi qalırlar”
sözlәri ilә ifadә etmişdim.
Hansı mәqsәdlә, nә üçün qәlәmә aldığımı bu qәdәr
sәmimiyyәtlә izah etmәyimә rәğmәn, kitabda yazılanların
arxasında gizli fikirlәr, әmәllәr aramağın özümә qarşı
bir haqsızlıq, atamın әsәrdә yer alan rәhmәtlik dostlarına
qarşı isә bir insafsızlıq olacağı qәnaәtindәyәm.
Şübhәsiz, insandan söz açarkәn onun içәrisindә
yaşadığı cәmiyyәtdәn bәhs etmәmәk mümkün deyildir.
Əsәrinin mövzusu kimi insanı götürәn yazar, tәbii ki, cәmiy-
yәt şәrtlәrinin özünәmәxsusluqlarını da tәsbit edәcәk,
oxuyanlarda isә bu mühit, cәmiyyәt barәsindә yaxşı,
yaxud pis fikirlәr hasil olacaq. Amma heç bir oxucu baş
verәnlәrin mәsuliyyәtini әsәr müәllifinin boynuna ata
bilmәz. Çünki cәmiyyәt, hәyatındakı pozitiv mәqamların
şәrәfi anladana aid olmadığı kimi, pisliklәrin sәbәbkarı
da o deyildir.
21