Page 17 - book-online
P. 17
Àòàìûí äîñòëàðû
ƏHMƏD AĞAOĞLUNUN HƏYATI
1869-cu ildә Qarabağda doğuldu. İbtidai mәktәbdәn
sonra tәhsilini Qәrb düşüncә tәrzi ilә tanışlıq imkanı
qazandığı gimnaziyada davam etdirdi. 1888-ci ildә gәldiyi
Parisdә hüquq, tarix vә siyasi elmlәr sahәsindә tәhsil
aldı. Universitet illәrindә “La Nouvelle Revue”, “Revue
Blue” kimi mәcmuәlәrdә mәqalәlәri çap olundu. İslam
әnәnәlәrinә bağlı ailә mühitindә yetişәn Əhmәd Ağaoğlu
tәlәbәlik illәrindә Böyük Fransız İnqilabının meydana
gәtirdiyi liberal fikir adamları ilә yaxından maraqlandı.
Bu istiqamәtdәki axtarış vә araşdırmalarını daha da
genişlәndirdi. Yenә dә Fransada tәhsil aldığı dövrdә
müәllimi, tarixçi vә filosof Ernst Renanın güclü tәsirini
öz üzәrindә hiss etdi. İslam islahatçısı kimi tanınan, Qәrb
qarşısında müsәlman mәdәniyyәti әnәnәlәrinin yenidәn
canlandırılması ideyasını müdafiә edәn Cәmalәddin
Əfqani ilә tanış oldu, elmi düşüncәlәrinә, әsәrlәrinә
yaxından maraq göstәrdi. Parisdә yaşadığı illәrdә
fikirlәrindәn vә şәxsiyyәtindәn tәsirlәndiyi başqa bir
şәxsiyyәt isә, İ ihad vә Tәrәqqi Partiyasının liderlәrindәn
Əhmәd Rza bәy olmuşdu.
1894-cü ildә geri döndüyü Azәrbaycanda “İrşad”,
“Tәrәqqi”, “Füyuzat” (burada yanlışlığa yol verilib,
Əhmәd bәy "Füyuzat" mәcmuәsinin nәşrindә iştirak
etmәmişdi – V.Q.) adlı qәzetlәr çıxardı. Əhmәd, Rza bәyin
qurduğu “Tәrәqqi vә İ ihad” cәmiyyәtinin mәtbu orqanı
kimi çıxan “Şurayi-Ümmәt” mәcmuәsinә yazılar yazdı.
Rusiya müsәlmanlarının birliyinin tәmin olunması
istiqamәtindә fәaliyyәtini davam etdirdiyi sırada çarizmin
17