Page 12 - book-online
P. 12
ìÿä Àüàîüëó
cәhәt isә, heç şübhәsiz, Əhmәd Ağaoğlunun vә onun
“arkadaşlarının” timsalında Türkiyәnin, türklüyün ölüm-
dirim mübarizәlәri ilә dolu bütöv bir mәrhәlәsinin
sәnәdli tarixinin yaradılmasıdır.
***
Hәlә ilk hekayәlәrindәn başlayaraq Sәmәd Ağaoğlu
yazıçı tәxәyyülü ilә gerçәkliyin mәnzәrәlәrini, irreallıqla
adi hәyat sәhnәlәrini bir araya gәtirmәyә böyük maraq
göstәrirdi. Amma bununla bir sırada yalnız xәyalında
canlandırdığı sәhnәlәri deyil, gözlәri ilә gördüyü hadisәlәri,
yaxından tanıdığı insanları әdәbiyyatın mövzu vә
qәhrәmanlarına çevirmәyi yazıçılığın mühüm şәrtlәrindәn
sayırdı. İlk hekayәr kitabı olan “Strasburq xatirәlәri”,
elәcә dә sonrakı illәrdә çap etdirdiyi “Böyük ailә”,
“Mәhәllәyә dönüş”, “Öyrәtmәn Qafur”, “Hücrәdәki
adam”, “Onlardan bәzilәri” vә digәr bәdii әsәrlәrinin
әksәr qәhrәmanları müәllifin şәxsәn tanıdığı, ünsiyyәt
qurduğu, gәnclik hәyatının kәdәrli vә xoşbәxt anlarını
birlikdә keçirdiyi әski tәlәbә dostlarıdır, mәhәllә adamları,
siyasi mübarizә vә dustaqlıq hәyatını bölüşdüyü
insanlardır. Bir sıra hallarda Sәmәd Ağaoğlu, hә a onların
adlarını, peşәlәrini, fәrqlәndirici xüsusiyyәtlәrini, milli
mәnsubluqlarını da gizlәtmәyә, yaxud dәyişdirmәyә
lüzum görmür. Lakin mәhz bәdiilәşdirmә gücü vә xarakter
yaratma bacarığı sayәsindә gündәlik hadisәlәr hekayәyә,
sıradan olan insanlar bәdii әsәr qәhrәmanlarına çevrilirlәr.
Ümumiyyәtlә, çağdaş türk nәsrindә ilk dәfә Sәmәd
Ağaoğlu әdәbi istedadı vә fitri müşahidә qabiliyyәti
sayәsindә bәdiiliklә memuar әdәbiyyatı ünsürlәrini
mәharәtlә sintez etmiş, iki janrın qovşağında bir sıra
orijinal, yaddaqalan әsәrlәr yaratmışdır. Hәmin әsәrlәr
12