Page 9 - book-online
P. 9
Àòàìûí äîñòëàðû

adlı maraqlı önsözündә müasir türk tәnqidçisi Uğur
Kökdәn bütünlüklә bu ailә sülalәsinin әdәbi baxış vә
zövqlәrinin formalaşmasında yaxşı bәlәd olduqları klassik
rus әdәbiyyatının roluna diqqәti çәkәrәk yazmışdı: “XIX
әsr rus romanının dәrin tәsiri altında yetişmiş olan bu
ailәnin üç şaxәsi – nәsillәr vә yaşlar hesaba alınmazsa,
yәni Əhmәd Ağayev, Sәmәd Ağaoğlu, Tәkdaş Ağaoğlu
bir sacayağı tәşkil edәrlәr vә Dostoyevskinin “Karamazov
qardaşları”nı xatırladarlar – sevgilәri ilә, mübariz key-
fiyyәtlәri ilә, siyasi gücә meyillәri ilә, milliyyәtçiliklәri
vә dәrvişanә inancları ilә, işıqlı, intellektual çöhrәlәri
ilә...”

***
İstәr Osmanlı imperiyası, istәrsә dә Türkiyә
Cümhuriyyәti dövründә Əhmәd Ağaoğlunun evi ölkәnin
mühüm intellektual mәrkәzlәrindәn biri kimi tanınırdı.
Bu da ilk növbәdә ev sahibinin qonaqpәrvәrliyindәn,
hәmişә әn müxtәlif fikirlәri dinlәmәyә hazır olmasından,
hә a ideya әleyhdarlarına qarşı münasibәtdә dә ehtiram
çәrçivәsindәn çıxmamasından irәli gәlirdi. Nәhayәt,
Əhmәd bәyin yüksәk biliyi, mütәrәqqi dünyagörüşü,
Şәrqi vә Qәrbi öz şәxsiyyәtindә, hәyat mövqeyindә vә
yaradıcılığında sintez etmәsi dә az rol oynamırdı. Bir
sözlә, dövrün mütәrәqqi fikirli adamları – siyasәtçilәr,
filosoflar, yazıçı vә şairlәr tez-tez onun evindә toplaşır,
cәmiyyәti maraqlandıran mәsәlәlәr әtrafında fikir
mübadilәsi aparırdılar.
Qızı, Türkiyәnin ilk qadın hüquqşünası Sürәyya
Ağaoğlu özünün "Bir ömür belә keçdi..." kitabında
içәrisindә böyüdüklәri, iştirakçısı olduqları bu qәribә vә
maraqlı mühiti xatırlayaraq yazırdı: "Uşaqlığımızın әn

9
   4   5   6   7   8   9   10   11   12   13   14