Page 13 - book-online
P. 13
Àòàìûí äîñòëàðû
Azәrbaycan әsilli yazıçıdan türk nәsrindә yeni bir
istiqamәtin yaradıcısı kimi bәhs açmağa әsas verir. Onun
“Atamdan xatirәlәr” (1940), “Atamın dostları” (1957),
“Tanış üzlәr” (1965), “Dostum Menderes” (1967),
“Mәrmәrәdә bir ada” (1972), “İlk mәrhәlә” (1978), “Hәyat
bir macәra” (1981) kimi kitabları müasir Türkiyәdә
memuar janrının örnәk әsәrlәri sayılır vә әvvәldә dә
qeyd etdiyim kimi, bu az-çox kitab oxunan ölkәdә belә
yenә dә oxucu marağını vә diqqәtini çәkirlәr.
Çünki bu әsәrlәrdә ayrı-ayrı tanınmış insanların hәyat
vә fәaliyyәti fonunda bütöv bir dövrün siyasi, mәnәvi,
әdәbi, intellektual panoramı yaradılmış, bәdii tarixi
yazılmışdır. Onun üslub cәlbediciliyi ilә seçilәn memuarları
Türkiyәnin tәxminәn son yüz ildәki siyasi, mәnәvi vә
fikir inkişafı tarixinә әdalәt vә obyektivlik mövqeyindәn
işıq salmaqdadır.
Azәrbaycan oxucularına tәqdim olunan “Atamın
dostları” kitabı bu әsәrlәr içәrisindә özünәmәxsus yer
tutur. Müәllif, atasının yaxın çevrәsini tәqdim etmәk
üçün orijinal bәdii üsuldan yararlanıb: o, heç bir ad
çәkmәdәn haqqında söz açdığı şәxsin elә dәqiq cizgilәrlә
rәsm edilmiş aydın, görüntülü portretini yaradır ki, XX
әsrin birinci yarısındakı Türkiyәnin siyasi vә әdәbi
hәyatına müәyyәn qәdәr bәlәdliyi olan hәr bir oxucu
çәtinlik çәkmәdәn mәhz hәmin dәqiq cizgilәr, kodlar
vasitәsi ilә söhbәtin kimdәn getdiyini özlәri üçün
aydınlaşdıra bilirlәr. Tәbii ki, bu da müәllifdәn güclü vә
hәssas müşahidә qabiliyyәti, ayrı-ayrı ştrixlәr әsasında
ümumilәşdirmә bacarığı, dövrün hadisә vә insanlarına
dәrin bәlәdlik, obyektiv münasibәt tәlәb edir.
Tam әminliklә demәk olar ki, “Atamın dostları”
әsәrindә Türkiyәnin çağdaş tarixinә öz möhürünü vuran
13