Page 14 - book-online
P. 14
ìÿä Àüàîüëó

onlarla görkәmli insan haqqında söhbәt açılsa da, kitabın
әsas qәhrәmanı Əhmәd Ağaoğludur. Müәllif “dostlar”
kateqoriyasına daxil edilәn bu insanların hәr birinә
atasının mövqeyindәn, baxış vә münasibәtindәn yanaşaraq
qiymәt vermәyә çalışır. Eyni zamanda Əhmәd bәyin
xarakteri, türk cәmiyyәtindәki yeri vә xidmәtlәrinin
miqyası da dostların prizmasından keçirilәrәk ortaya
qoyulur. Özünü atasının dostundan daha çox tәlәbәsi,
pәrәstişkarı sayan vә bütün hәyatı boyu bundan qürur
duyan Sәmәd Ağaoğlu, әslindә Əhmәd bәy vә dostlarının
timsalında Türkiyәnin tәk siyasәt deyil, hәm dә
mәnәviyyat tarixini yazmışdır.

***
Əsәrin tәrcümәsi ilә bağlı iki mәqama da diqqәt
yetirmәk yerinә düşәrdi. Tәbii ki, Sәmәd Ağaoğlunun
kitabı, ilk növbәdә, ölkәsinin siyasi hәyatına, fikir
mücadilәlәrinә, tarixinә müәyyәn qәdәr bәlәd olan
sәviyyәli türk oxucusu üçün qәlәmә alınıb. Hәmin oxucu
haqqında söhbәt açılan şәxsiyyәtlәrin çoxunu yaxşı
tanıyır, toxunulan tarixi hadisәlәrin bәzilәrini, hә a
mәktәb proqramında öyrәnib. Lakin eyni sözlәri bizim
oxucular haqda demәk mümkün deyildir. Ona görә dә
“Atamın dostları”nı indiki Azәrbaycan auditoriyasına
tәqdim edәrkәn bәzi adlara vә hadisәlәrә aydınlıq
gәtirmәk, bir sözlә, izah vә şәrhlәr yazmaq zәrurәti
ortaya çıxdı. Orijinalda hәmin izahlara rast gәlmәk
mümkün deyil. Başa düşürәm ki, bu bәdii-publisist
sәpkidә yazılan memuar-oçerklәrә müәyyәn qәdәr
akademiklik, elmilik gәtirir. Amma diqqәtli oxucu onu
da görәcәk ki, bu kitab tәk yazıçı fantaziyası, xәyal
mәhsulu deyil, hәm dә tarixdir. Osmanlı imperiyasının,
Türkiyә Cümhuriyyәtinin, bәzәn dә Azәrbaycanın tarixi...

14
   9   10   11   12   13   14   15   16   17   18   19