Page 10 - book-online
P. 10
ìÿä Àüàîüëó

uzaq illәrindәn bәri evimizdәki toplantılar sayәsindә
dövrün siyasi vә fikir cәrәyanlarının içәrisindә yetişirdik.
Zamanın tanınmış şәxsiyyәtlәri, yazıçıları evimizә
toplaşırdılar. Atam lap uşaq yaşlarımızdan başlayaraq
daim bizimlә fәrәhlәnәr, evimizә gәlәn bütün qonaqlarla
tanış edәr, bәzәn söhbәtlәrini dinlәmәyimizә icazә verәrdi.
Türk Ocağının, Türk Yurdunun çalışmaları bizim evdә
aparılır, dövrün siyasi vә fikir inkişafı bizim evdә
yaşanırdı. Bir yandan Ziya Göyalp, Əli bәy Hüseynzadә,
Cәlal Sahir, Hәmdullah Sübhi, Yusif Akçura, Fuad
Köprülü, Abdullah Cövdәt, göz hәkimi Əsәd Paşa, Hәlim
Sabit, Ömәr Naci bәy kimi yazıçı vә türkçülәr, Ənvәr vә
Tәlәt Paşalar, digәr tәrәfdәn Seyid Tahir Əfәndi,
Əbdürrәşid Əfәndi kimi din adamları tez-tez evimizә
gәlirdilәr. Bunların çoxu ilә aramızda, demәk olar ki,
ailәvi dostluq var idi".

Türkiyә Cümhuriyyәti dönәmindә dә Əhmәd
Ağaoğlunun şәxsiyyәti vә evi bir maqnit kimi müstәqil
fikir adamlarını, sәrbәst düşüncә sahiblәrini özünә
çәkirdi. Xüsusilә 1932-ci ildә paytaxt Ankaradan İstanbula
köçdükdәn sonra burada da intellektualları әtrafına
toplamışdı. Artıq belә mәclislәrә sadәcә müşahidәçi kimi
deyil, tamhüquqlu iştirakçı kimi qatılan Sürәyya xanım
xatırlayırdı: "Atam hәr bazar ertәsi evimizdә dövrün
tanınmış fikir adamlarının iştirakı ilә böyük toplantılar
düzәltmәyә başladı. Yazıçılar, şairlәr, filosoflar – әn ifrat
solçu sayılan Nazim Hikmәtdәn tutmuş әn ifrat sağçı
Pәyami Sәfaya qәdәr bir çox tanınmış adamlar hәftәdә
bir dәfә evimizdә görüşüb fikirlәrini biri-birlәri ilә
bölüşürdülәr. Onlardan indi adlarını saya bilәcәklәrim
Nazim Hikmәt, Mehmet vә Zәkәriyyә Sәrtәllәr, Hәmdi
Başar, professor Şәkib bәy, professor Hilmi Ziya Ülkәn,

10
   5   6   7   8   9   10   11   12   13   14   15