Page 7 - book-online
P. 7
Àòàìûí äîñòëàðû

Mәhkәmәdә prokuror Bilgә Elgesel ona atasının
böyük şәxsiyyәt olmasından, çağdaş dövlәtçilik vә
demokratik düşüncәyә mühüm töhfәlәr vermәsindәn
söz açaraq, “İndi atanın sümüklәri mәzarında sızlayır” –
deyә tәnә vurmuşdu. Keçmiş baş nazir müavini i ihama
“Atamın sümüklәri, tәbii ki, vәtәnә xәyanәt yolu tutduğum
üçün sızlamır. Bu, mәnim taleyimdir. Mәni istәmәyәnlәr
“Atasına oxşamır”, istәyәnlәr isә “Atasının oğludur” –
deyirlәr. Belә mәlum olur ki, prokuror da mәni
istәmәyәnlәrdәndir” – sözlәri ilә zarafatqarışıq eyhamla
cavab vermişdi.

O, hәqiqәtәn dә, hәr mәnada atasının oğlu idi.
Xatirәlәrindә “üzümüz bir-birinә bәnzәrdi, boylarımız
da, demәk olar ki, hәmәn-hәmәn eyni idi” – deyә yazırdı.
Lakin bu bәnzәyiş yalnız zahiri xarakter daşımırdı.
Diqqәtlә izlәdikdә, ömür yollarının da az qala bir-birini
eyni ilә tәkrarladıqları qәnaәtinә gәlmәk mümkündür.
Atası kimi Fransada hüquq tәhsili alsa da, sonralar onun
yolu ilә gedәrәk sözә, әdәbiyyata daha böyük önәm
vermişdi. Eynәn atası kimi çәtin dövrdә siyasәtә atılmış,
ölkәnin ab-havasını, simasını dәyişәn yeni partiyanın
qurucuları vә liderlәri sırasında yer almışdı. Atası kimi
ideyaları uğrunda mәhbәsә düşmüşdü. Atası kimi
Türkiyәyә, türkçülüyә xidmәti hәmişә, hәr yerdә, hәr
şeydәn üstün tutmuşdu. Özü dә bunu etiraf edәrәk
xatirәlәrindә yazırdı: “Atamın hәyat macәraları ilә mәnimki
arasında biri-birinә çox yaxınlaşan bәnzәrliklәr var”.

Yastı ada, İmralı, Kayseri kimi ünlü türk hәbsxanala-
rında mәhkumluq hәyatı yaşamışdı. Amma bu mәhru-
miyyәt illәrindә dә nә ideyalarından, nә dә yaradıcılı-
ğından ayrılmışdı. 1964-cü ildә çıxan xüsusi әfv nәticәsindә
yenidәn azadlığa qovuşdu. Taleyin bәxş etdiyi sәrbәst

7
   2   3   4   5   6   7   8   9   10   11   12