Page 5 - book-online
P. 5
ATASININ DOSTU
VƏ DAVAMÇISI
Azәrbaycan әsilli çağdaş türk yazıçısı vә tanınmış
dövlәt xadimi Sәmәd Ağaoğlunun (1909-1982) “Atamın
dostları” kitabı Türkiyәdә kifayәt qәdәr populyarlıq
qazanıb. Yazılı sözә maraq vә mәhәbbәtin o qәdәr dә
böyük olmadığı qardaş ölkәdә indiyә qәdәr әsәrin üç
nәşri işıq üzü görüb. Nәsillәr vә zövqlәr dәyişir, oxucular
isә әvvәlki illәrdә olduğu kimi, yenә dә Sәmәd bәyin
“atasının dostları” ilә maraqlanmaqda davam edirlәr.
Çünki bu kitab sadәcә xatirәlәr toplusu deyil. Onun
sәhifәlәrindә Türkiyә tarixinin cahanşümul hadisәlәrlә
zәngin bir dövrü öz әksini tapıb. Hәm dә dövrә möhürünü
vuran, tarix yaradan vә yazan şәxsiyyәtlәrin timsalında!
Bir dünya dövlәtinin – Osmanlı imperiyasının çökmәsi,
İstiqlal Savaşı vә yeni, müstәqil dövlәtin – Türkiyә
Cümhuriyyәtinin qurulması bu şәxsiyyәtlәrin gözlәri
önündә, bәzilәrinin nisbәtәn az, bәzilәrinin daha fәal
iştirakı ilә baş verib. Atasının bir çox proseslәrin
mәrkәzindә olması nәticәsindә Sәmәd Ağaoğlu bütöv
tarixi mәrhәlә barәdә ilkin mәnbәdәn mәlumat almaq,
tarix yaradan vә yazan şәxslәri görmәk, müşahidә etmәk,
onlarla ünsiyyәt qurmaq imkanına malik olub. Vә zamanı
çatanda uzun illәr boyu yaddaşında yaşatdığı anları
başqaları ilә bölüşmәk qәrarına gәlib.
Əvvәlcә bir neçә kәlmә müәllif haqqında. Soyadından
da göründüyü kimi, Sәmәd bәy XIX әsrin sonu XX
әsrin әvvәllәrindә Azәrbaycanın, habelә әvvәl Osmanlı
imperiyası, sonra isә Türkiyә Cümhuriyyәtinin ictimai
5