Page 8 - book-online
P. 8
ìÿä Àüàîüëó

yaşamaq haqqından, yazmaq istedadından vә söz demәk
bacarığından yararlanıb, haqsızlıq qurbanı olmuş әqidә
dostlarını millәtin vә tarixin mәhkәmәsindәn üzüağ
çıxarmaq üçün әlindәn gәlәni etdi. Hәyatının sonuna
qәdәr tәk özünün deyil, onların da tәmiz adı uğrunda
mübarizә apardı.

1968-ci ildә atasının vәtәninә – Azәrbaycana gәlmәk
imkanı qazandı. Bakıda, Gәncәdә, Şuşada oldu. Burada
atasının, anasının dünyaya göz açdıqları evlәri tapdı,
hәyatlarının xoş vә kәdәrli günlәrini yaşadıqları yerlәri
ziyarәt etdi. Yalnız adlarını eşitdiyi qohumları ilә görüşdü.
Ata yurdunun rus әsarәti altında olduğunu açıq
söylәmәkdәn çәkinmәdi. Sәfәr tәәssüratlarını “Sovet
Rusiya imperatorluğu” kitabında әks etdirdi.

Sәmәd Ağaoğlu son yüz ildә Türkiyәnin mәnәvi,
әdәbi vә ictimai-siyasi hәyatına öz möhürünü vurmuş
Ağaoğlular ailәsinin birinci vә üçüncü nәsillәri arasında
etibarlı körpüyә çevrilmәyi bacardı. Atasından aldığı
sәnәt vә ictimai mübarizә estafetini övladlarına verdi.
Oğulları Tәkdaş Ağaoğlu vә Mustafa Kamal Ağaoğlu
(әdәbi tәxәllüsü Mim.Kaf. Ağayev) şair, tәrcümәçi, pub-
lisist, “Ağaoğlu” nәşriyyat evinin qurucusu kimi geniş
fәaliyyәt göstәrdilәr, babaları vә ataları kimi ölkәnin
ictimai hәyatında, siyasi proseslәrdә yaxından iştirak
etdilәr, hәbsә düşdülәr. Qızı Sitarә Ağaoğlu әvvәlcә
diplomat kimi Türkiyә sәfirliklәrindә çalışdı, sonradan
hәyatını tamam dәyişib rәssamlığa başladı, hәm dә
çağdaş Türkiyәnin yenidәn torpağa qayıdan, әzici sivi-
lizasiyadan xilas yolunu tәbiәtin ilkinliyindә, bakirәliyindә
axtaran ilk hippilәrindәn oldu...

Yazıçının 2003-cü ildә İstanbulda çıxan “Bütün
hekayәlәri” kitabına “Ağaoğulları. Bir Karamazov ailәsi”

8
   3   4   5   6   7   8   9   10   11   12   13