Page 20 - book-online
P. 20
ìÿä Àüàîüëó

İKİNCİ NƏŞRƏ ÖN SÖZ

“Atamın dostları” kitabının bәzi әlavәlәrlә ikinci çapı
hazırlanarkәn oxucular vә tәnqidçilәr qarşısında bir sıra
borclarımın olduğunu düşündüm.

Öncә, bu kitab haqqında fikir söylәyib görüşlәrini
bölüşәnlәrin, demәk olar ki, hamısının әsәrimin әdәbi
dәyәrini vurğulamaq yolunda göstәrdiklәri lüt ar tәqdirә
görә minnәtdarlıq vә tәşәkkürlәrimi bildirmәk istәyirәm.

Sәnәt hәyәcanını qeyb etmәmәk üçün ürәyi hәr
zaman çırpınan bir yazar kimi oxucularımın iltifatından
necә böyük bәxtiyarlıq duyduğumu anlatmağa lüzum
varmı? Mәsәlәnin bu tәrәfini belәcә tәsbit etdikdәn sonra,
möhtәrәm tәnqidçilәrin kitabımla bağlı fikirlәri üzәrindә
dayanmaq istәyirәm.

Bәzilәrinin fikrinә görә, bu әsәri yazıb ortaya qoymaqla
siyasi, habelә bir sıra digәr mәqsәdlәr güdülmüşdür.
Yenә bәzilәri bu fikirdәdirlәr ki, әdәbi azadlığımın mәnә
verdiyi imkanlardan yararlanıb siyasi qüsur vә
çatışmazlıqlarımı pәrdәlәmәyә çalışmışam.

Halbuki, birinci nәşrә önsözdә dә yazdığım kimi, bu
kitab üzlәrini atamla birlikdә xatırladığım, indi çoxdan
hәyatdan köçmüş bir qisim siyasәt, sәnәt, elm adamının
ruh vә şәxsiyyәtini tәhlil etmәkdәn başqa bir qayә
güdmәyib. Onların cәmiyyәt hәyatında öhdәlәrinә
götürdüklәri vәzifәlәrin görünmәz etdiyi sifәtlәr altındakı
insanlığını vә ruh halını göstәrmәyә çalışmışdım. Hә a
bu mәqamda gәldiyim qәnaәti dә "Yaxşı bilirәm ki,
atamın indi gözlәrimin önündәn bir-bir gәlib-keçәn bu
dostları barәsindә verilәn hökmlәr çox fәrqli vә bәzәn

20
   15   16   17   18   19   20   21   22   23   24   25