Page 25 - book-online
P. 25
ATAMIN DOSTLARI

Çeşidli yoldaşlıqlar var: yol, mәktәb, ömür-gün
yoldaşlığı; әylәncә, yeyib-içmәk, qumar
yoldaşlığı; qara gün, xoş gün yoldaşlığı; siyasәt,
fikir, ideya yoldaşlığı!
Bir insan, ömrü boyunca belә yoldaşlardan birini,
yaxud bir neçәsini tapa bilәr. Əslinә baxsan, bu, hә a
bir nәsibdir, alın yazısıdır. Onlar bir-birlәrini mütlәq
tapırlar, tapacaqlar. Çünki birlikdә olmaları әzәldәn
qәrarlaşdırılıb, alın yazısı kimi bir şeydir. Yenә hәr insana
bu yoldaşlardan kәdәrlәr, fәlakәtlәr, xәyanәtlәr, nankor-
luqlar, yaxşılıqlar, alicәnablıqlar payı düşür. Gözlәrimizi
әbәdi qapamadan bir saat әvvәl hәyatımızı әvvәldәn
sona qәdәr xatırlamaq imkanı yaransaydı, keçilmiş ömür
yolunun başdan-başa yoldaşlıqlardan, dostluq münasibәt-
lәrinin yaxşı vә pis, qaranlıq vә işıqlı xatirәlәrindәn ibarәt
olduğunu anlardıq. Mәn dә atamın dostlarını indi onun
hәyatının inikasları kimi görürәm. Böyük bir qismi ölüb,
geridә qalanları da, Allah bilir, hansı künc-bucaqda
ölümlәrini gözlәyә-gözlәyә son günlәrini yaşayırlar.
Onların bәzilәri ilә zaman-zaman rastlaşıram.
Küçәlәrdәn divar diblәri ilә, gözә görünmәmәyә
çalışaraq keçirlәr. Əcәba, bir vaxtlar caddәlәrә, meydanlara
sığmayan onlar deyildimi? Sәslәri, qәhqәhәlәri, hiddәtlәri,
qәzәblәri ilә üfüqlәri saran qәhrәmanlar onlar deyildimi?
Ən şıq, әn gözәl, әn ağıllı, әn zәki, әn bәsirәtli olduqlarını
yerişlәrindәn tutmuş baxışlarına, işlәmәli köynәklәrindәn
tutmuş naxışlı corablarına qәdәr dayanmadan alәmә
nümayiş etdirәn onlar deyildimi? İndi gәlinlәrinin,

25
   20   21   22   23   24   25   26   27   28   29   30