Page 27 - book-online
P. 27
Àòàìûí äîñòëàðû

mövqelәrdәn qaynaqlanmaqdadır. Bir qadına әrlikdәn,
ailә rәisliyindәn tutmuş dövlәt başçılığına qәdәr
cәmiyyәtin verdiyi bütün rәsmi ünvanlar insanın taleyindә
özü ilә bağlı yaxşı, yaxud pis fikirlәrin, hökmlәrin
yaranmasına sәbәb olur.

Atamın dostlarından mәşhur bir fikir adamı vә filosof
deyirdi ki, "Nazir kürsüsü – firon taxtıdır. Oraya mәlәk,
ya Musa oturduğu zaman da dәrhal bir firona çevrilir".

Bu sözlәri deyәn insanın surәti indi gözlәrim önünә
gәlir.

Dolu, şişman vücudunu bir az çәtinliklә, sağa-sola
yırğalaya-yırğalaya çәkib aparırdı. O, qarşılıqlı ehtirasların
tәnzimlәdiyi müvazinәt nәticәsindә siyasi vә hәrbi
diktatorların dövlәt gәmisini hәlәlik yürüdә bildiklәri
dövrdә öz sahәsinin mütlәq diktatoru idi. İstanbul
Darülfünunundakı kürsüsündә necә mühazirә oxuyur-
dusa, mәnsub olduğu partiyanın ümumi mәclis
toplantılarında da o şәkildә danışırdı. Eyni sakit,
müntәzәm, sәrf vә nәhvi yerindә dil; dediklәrinә hәr
hansı etirazı qәbul etmәyәn eyni tövr, öz fikirlәrindәn
başqa yerdә qalan bütün düşüncә vә mülahizәlәrin
yanlışlığına әvvәlcәdәn әmin olan vüqarlı duruş! Onu
yalnız buyruq vermәk, yol göstәrmәk üçün ağzını açan
Sfinksә, yaxud Buddaya bәnzәtmәk asanlıqla mümkün
idi. Sükunәt içindә hakimiyyәtini sürdürәn heykәl dә
adlandırıla bilәrdi. Türk cәmiyyәtini qәrbli olmağa tәşviq
edәn bu mürşüd öz işlәrini şәrqli bir şeyxin metod,
zehniyyәt vә ruhu ilә görürdü. Ruhu, zehniyyәti ilә
inancları arasındakı tәzad bәzәn fikirlәrinin axarından
çıxmasına sәbәb olurdu. Əslindә, müәllifliyi özünә
mәxsus olmayan bir kәlamı – "Qәrb mәdәniyyәtindәn,
türk millәtindәn, İslam ümmәtindәn olmaq" fikrini tәlqin

27
   22   23   24   25   26   27   28   29   30   31   32