Page 57 - book-online
P. 57
Àòàìûí äîñòëàðû

Zeytunburnunda1 qurduğu kiçik atelyeni qısa zamanda
çox böyük bir fabrikә çevirib Xaliçә2 köçürdüyü zaman
illәrdәn bәri davam edәn sıxıntıların, dönә-dönә üzlәşdiyi
haqsız rәqabәtlәrin, gözdәn salınmanın, xüsusi yaradılan
çәtinlik vә maneәlәrin yorğunluğunu, әzabını bilmәrrә
unutdu. İndi böyük imkanlara malik iş adamı kimi
çalışmağa başlayırdı. Bir neçә aylıq fasilәdәn sonra bir
günortaüstü onunla Ankarada, İş Bankının qarşısında
rastlaşdım. Yorğun, dalğın halı vardı. Sәbәbi ilә
maraqlandım. “Heç tәsәvvür edә bilmәzsiniz, yenә necә
çәtinliklәrlә üz-üzәyәm, – deyә cavab verdi. – Hamısı
sanki әl-әlә veriblәr. Bütün qara, xәbis qüvvәlәr “Müvәffәq
olmayacaqsan!” hikkәsi ilә qarşımda boyaboy düzülüblәr.
İçim üsyanla doludur! Fabriki, icadlarımı, layihәlәrimi –
nә varsa hamısını, hamısını vurub dağıtmaq, dünyanın
göz işlәmәyәn, kindәn, hәsәddәn, dedi-qodudan uzaq,
gizli bir nöqtәsinә çәkilmәk istәyirәm”.

Tәsәlli verdim, bu sözlәrin ona heç yaraşmadığını
dedim.

Güldü, “Əlbә ә, – dedi, – hirsimdәn belә danışıram,
yoxsa bu mәrhәlәni dә mütlәq uğurla başa vuracağam”.

Dörd gün sonra әlimә aldığım ilk sәhәr qәzetindә
İstanbulda bir silah fabrikinin havaya uçduğunu oxudum.
Öncә o qәdәr dә diqqәt yetirmәdim. Aradan, bәlkә dә,
yarım saat keçmişdi ki, oxuduğum xәbәr birdәn-birә
tәzәdәn yadıma düşdü. Qәzetin hәmin sәhifәsini tәkrar
açdım. Bu dәfә içimә şübhә toxumu düşdü: havaya uçan

1 Zeytunburnu – İstanbulun Mərmərə dənizi sahilindəki bir rayonu. 1957-ci ildə ilçə
statusu almışdır. Şəhərin bir çox əsas sənaye müəssisələri bu rayonda yerləşir.
2Xaliç – İstanbulun Avropa hissəsində, Çatalca yarımadasında yerləşən rayon.
Şəhərin qədim və tarixi abidələrlə zəngin hissəsidir. Bəzən Qızıl Buynuz da
adlandırılır.

57
   52   53   54   55   56   57   58   59   60   61   62