Page 61 - book-online
P. 61
Àòàìûí äîñòëàðû

dostluq xatirinә tәrәfsizliyi bir yana buraxdı. Demokrat
Partiyası1 qurulandan sonrakı ilk seçkilәrdә Xalq Partiyası
liderinin israrları önündә tab gәtirmәdi, adı vә şöhrәti
ilә partiyaya sәs qazandırmaq, qәlәbә şansını artırmaq
üçün namizәdliyinin İstanbuldan Millәt Mәclisinә irәli
sürülmәsinә razılıq verdi vә millәt vәkili oldu.

İndi bu sәtirlәri yazdığım zaman Çağaloğlundakı2
mülkünün üst qatındakı böyük, işıqlı müsafir salonu
gözlәrimin önünә gәlir. Bәr-bәzәksiz, sadә, zәrif әşyalar,
divarlarda hәr zaman heyranlıq vә heyrәtlә baxdığım
tablolar, masaların üzәrindә kiçik, incә, hә a әlimi uzadıb
toxunmağa cәsarәt etmәdiyim heykәlciklәr vardı.

Anamla xanımı söhbәt edirdilәr. Bir az sonra doktor
özü içәri girir. Ona sevinc dolu nәzәrlәrlә baxıram. Hәr
zaman olduğu kimi, gözlәrim yenә ayaqlarındadır. Onun
nә evimizdә, nә dә başqa yerdә görmәdiyim ayaqqabıları
uşaqlıq illәrimdәn hafizәmdә dәrin iz salan bir neçә
geyim әşyasından biridir. Mәnә dabansız, hә a altsız
tәsiri bağışlayan, mәxmәr kimi qara dәridәn tikilmiş
ayaqqabılarla onun kiçik, cansız vücudu arasında qәribә
bağlılıq vardı. Sonra bir neçә dәqiqәliyinә ayağa qalxan
xanımı ilә aralarındakı boy fәrqini yüz dәfәlәrlә müşahidә
etsәm dә, yenә heyrәtimi saxlaya bilmәdim. Bu cansız,
balacaboy adamda o irigövdәli, cantaraq xanıma mütlәq
hökm etdiyini göstәrәn bir әda vardı.

İsveçrәdә, universitetin tibb fakültәsindә tәhsil aldıqları
zaman tanış olmuşdular. Qadın Gürcüstanın çox tanınmış,
әsil-nәcabәtli ailәlәrindәn birinin qızı idi. Gürcülükdәn

1 Türkiyədə 1946-cı ildə qurulan siyasi partiya. 1950-ci il seçimlərində hakimiyyətə
gəlmiş və on il iqtidar partiyası olmuşdu. 1960-cı il mayın 27-də hərbi çevriliş yolu
ilə devrilmişdi. Həmin ilin sentyabrında isə partiyanın fəaliyyəti yasaq edilmişdi.
2 Çağaloğlu – İstanbulun Fatih ilçəsinin sərhədləri içərisindəki tarixi rayon. Adını
XVI əsrdə Osmanlı sədrəzəmi olmuş Ciğalazadə Sinan Paşadan götürmüşdür.

61
   56   57   58   59   60   61   62   63   64   65   66