Page 66 - book-online
P. 66
ìÿä Àüàîüëó

Atam yuxudan oyandığı zaman belә mәktublardan
beşi, bәlkә dә onu yazı masasının üstündә olardı. Aydın
mәsәlәdir ki, yalnız birinә, ikisinә cavab verә bilirdi.
Amma yataqdakı adamı mәmnun etmәyә bu da yetirdi.

Biri-birinә qanlı düşmәn sayılan adamların eyni
dәrәcәdә sәmimi dostu olmağı bacarırdı. Mütarikә
dövründә İ ihad vә Tәrәqqi liderlәrini Kürd Mustafa
Paşa mәhkәmәsindә1 müdafiә etmәkdәn çәkinmәmişdi.
Amma ixtilafçıların yanından da çox uzağa getmәzdi.
Saysız-hesabsız ölüm tәhdidlәrinә rәğmәn, Torlakyan
davasının2 hәqiqi qәhrәmanına çevrildi. Cümhuriyyәtin
ilk illәrindә heybәtli, qorxunc İstiqlal Mәhkәmәlәri3
önündә İstanbul qәzetçilәrinin günahsızlığını sübuta
çalışarkәn Ankaranın qapalı iqtidar dairәlәrinә soxulmaq
üçün dә yollar arayıb tapmağı bacarırdı.

Nәhayәt, dövrün mәşhur bir әdliyyә nazirinin4
üzәrinә dünyada çox az siyasәt adamının mәruz qaldığı
şiddәtli hücuma keçәrkәn onun çevrәsindәki güc
sahiblәrinin, hakimi-mütlәqlәrin gözünә sevimli görünmәk

1 İstanbulu işğal edən Müttəfiq dövlətlərin iradəsi ilə yaradılmış hərbi məhkəmə.
Rəhbərliyinə kürd əsilli Osmanlı hərbçisi Mustafa Yamolki (1866-1936)
gətirildiyindən, bir çox mənbələrdə Kürd Mustafa Paşa məhkəməsi kimi tanınmışdı.
Әdalətli mühakimə prosesi aparmaqdan daha çox İstanbulu işğal etmiş Müttəfiq
qüvvələr komandanlığının əmr və tapşırıqlarını yerinə yetirirdi. Anadoluda Milli
Mücadilə hərəkatına rəhbərlik edən Mustafa Kamal Paşa, habelə erməni, rum və
Suriya soyqırımlarının suçluları kimi Әnvər Paşa, Tələt Paşa və Camal Paşa,
eləcə də İttihad və Tərəqqi Partiyasının bir sıra liderləri barəsində ölüm hökmü
çıxarmışdı.
2 Azərbaycan Cümhuriyyətinin keçmiş daxili işlər naziri Behbud xan Cavanşiri
1921-ci il iyulun 18-də qətlə yetirən erməni terrorçusu, erməni milli özünümüdafiə
alayının döyüşçüsü Misak Torlakyan üzərində Müttəfiq dövlətlər komandanlığının
qurduğu oyuncaq məhkəmə prosesi.
3 Milli Mücadilə dönəmində təxribatçı ünsürlərə, dezertirlərə qarşı qurulmuş xüsusi
məhkəmə. Ankara, Әskişəhir, Konya, Sparta, Sivas, Kastamonu, Pozantı və
Diyarbəkirdə olmaqla 8 belə məhkəmə fəaliyyət göstərirdi. Ankara İstiqlal
Məhkəməsi istisna olmaqla, 1921-ci ildə onların hamısı ləğv edilmişdi. Ankara
məhkəməsi isə 1927-ci ilə qədər fəaliyyət göstərmişdi.
4 Hadisələrin cərəyan etdiyi dövrdə ədliyyə naziri Atatürkün yaxın silahdaşlarından
biri olan Mahmud Esad Bozqurd (1892-1943) idi.

66
   61   62   63   64   65   66   67   68   69   70   71