Page 68 - book-online
P. 68
ìÿä Àüàîüëó

hәssas, incә mәsәlә idi. Nazirin açıq kartının heç bir
tәsiri olmadı. O zaman hiddәtindәn dostu nazir barәdә
şikayәt dolu mәktubu "Cankayada Türkiyәnin әn böyük
adamına" ünvanı ilә Atatürkә göndәrdi. Mәktub tәdbir
görülmәsi üçün Cümhurbaşkanı köşkündәn Ədliyyә
Nazirliyinә qaytarıldı. Nazirә hәqarәt i ihamı ilә vәkil
barәsindә mәhkәmә başladı. Mәhkәmәdә sәsi gәldikcә
bağırırdı: "İddia mәqamı (prokuror – V.Q.) mәnim mәktubu
Cümhur rәisinә yazdığımı söylәyir. Xeyr, mәn Cümhur
rәisinә deyil, Türkiyәnin әn böyük adamına müraciәt
etmişәm. Bu şәxs sabah "Daha Cümhur rәisi olmaq
istәmirәm" – deyib vәzifәdәn çәkilәrsә, әcәba, o zaman
Türkiyәnin әn böyük adamı olmaq sifәtini dә qeyb
edәcәkmi? İddia mәqamı, hәqiqәtәnmi belә fikirdәdir?
Mustafa Kamal, hansı vәzifәni daşıyırsa daşısın, yaxud
fәrqi yoxdur, heç bir vәzifәsi olmasın, hәr zaman
Türkiyәnin әn böyük adamı olaraq qalacaqdır!"

Prokuror rәngdәn rәngә düşür, "Ara qarışdırır! Ara
qarışdırır!" – deyә özünü yerdәn yerә vururdu.

Mәhkum edildi. Amma bu nәticә dә hirsini, hikkәsini
soyutmadı. Yalnız boş bir şeyin üstündә hәbsxanadakı
mәhkum yoldaşlarının birindәn möhkәm yumruq
yeyәndәn sonra düşmәnin axırına çıxmaq üçün özünün
әl atdıqlarından fәrqli vasitәlәrin dә olduğunu anladı.

Bәlkә dә böyük bir vәkil şöhrәti qazanmadı, amma
yaman adam kimi tanınmaq fürsәtini dә әldәn qaçırmadı.
Buna necә nail olmuşdu? Hәyatın gündәlik hadisәlәrinin
içindәn asanlıqla sıyrılıb çıxa bilir, ehtiyac duyduğu
tәqdirdә әn sarsılmaz mübarizә әzminin yanına heç bir
dәftәr-kitaba sığmayan tәslim qәrarı qoymağa әsla
tәrәddüd etmirdi. Hәyatı başdan-başa oyun, әylәncә
kimi yaşayırdı. Hәr daşın altından çıxır, gah vәkil, gah

68
   63   64   65   66   67   68   69   70   71   72   73