Page 76 - book-online
P. 76
ìÿä Àüàîüëó

iftira nәticәsindә Ağa xanın1 casusları kimi qәlәmә verilәn
insanlar barәsindә dә eyni qәrarı gözlәyәnlәr onun,
sonuncuları günahsız elan edәn hökmü qarşısında әvvәlcә
şaşırdılar. Sonra bütün düşmәnçiliklәrini topçu minba-
şısına yönәltmәkdә әsla tәrәddüdә yol vermәdilәr. Onu
vurmaq üçün fürsәt gözlәmәyә başladılar.

Qәzetçilәrin bәraәt almalarının ilk reaksiyasını
İzmirdә gördü. Mәhkәmәdәn sonra İstanbulda tәqsirsiz
saydığı insanlarla birlikdә yemәk yemiş, sәmimi söhbәtlәr
etmiş, hә a daha irәli gedәrәk onların Qazi ilә görüş-
mәlәrini istәmişdi. Bu mәqsәdlә göndәrdiyi mәktubları
xoş qarşılayan Atatürk görüşün bir şәrtә bağlı olduğunu
bildirmişdi. Qәzetçilәri görüşә dәvәt etmәyәcәkdi, onlar
Atatürkün qәbuluna düşmәklә bağlı xahişlәrini özlәri
dilә gәtirmәli idilәr. Hәmin vaxt İzmirdә idi. Qәzetçilәr
onunla görüşmәk üçün İzmirә getdilәr. “Tәsviri-Ə ar”2
mәcmuәsindә dәvәtin Qazidәn gәldiyini yazdığı üçün
adı heyәtin siyahısından çıxarılan mәrhum Vәlid
Əbüzziyadan3 başqa, qalanları ilә görüşdülәr.

İstanbul İstiqlal Mәhkәmәsinin rәisi dә eyni vaxtda
İzmirә gәldi. Əvvәlcә şәhәrdә olan baş vәkillә4 görüşmәk
istәdi. Baş vәkil müsafir qaldığı evdә olsa da, görüşlә
bağlı “yox” cavabı verdi. Bundan bir dәqiqә sonra isә,
açıq-aydın şәkildә, onun gözlәri önündә binadan çıxıb
avtomobilinә mindi vә salam da vermәdәn yanından
sürәtlә ötüb-keçdi.

1 Ağa Xan – ismaililərin 48-ci imamı III Ağa xan (1877-1957) nəzərdə tutulmuşdur.
2 "Təsviri-əfkar" – Osmanlı imperatorluğunda və Türkiyə Cümhuriyyətində 1862-
1925-ci illərdə çap olunan gündəlik ictimai-siyasi qəzet
3 Velid Әbüzziya (1884-1945) – türk jurnalisti və naşir
4 1920-1945-ci illər arasında Türkiyədə hökumət başçısının rəsmi ünvan;. 1945-
ci ildə indi də istifadədə olan "baş bakan" ifadəsi ilə əvəz olunmuşdur.

76
   71   72   73   74   75   76   77   78   79   80   81