Page 79 - book-online
P. 79
Àòàìûí äîñòëàðû

maraq dairәsinә daxil olmaması ilә bağlı qәrar vermәklә
bir sırada i ihamların tam әsassızlığını da Mustafa Kamal
Paşanın diqqәtinә çatdırmışdı. İstanbul qәzetçilәrinә
bәraәt vermәsi isә әtrafında cәrәyan edәn hadisәlәrin
son halqasına çevrilmişdi. Belәliklә, bu düşüncәlәri ilә
düz-doğru Atatürkün yanına getdi, “Paşam, – deyә sözә
başladı. – Ağlımda, xәyalımda yox ikәn mәnә vәkil
vәzifәsi verdiniz, böyük hәvәslә yeni sahәdә xidmәtә
başladım. Amma indi hökumәt dәyişir. Baş vәkilin lap
әvvәldәn mәnә münasibәtinin necә olduğunu bilirsiniz.
Mәni müdafiә edin ki, Bәhriyyә vәkilliyindә qala bilim”.

Atatürk onun gözlәrinin içinә baxaraq cavab verdi:
“Hökumәti mәn tәşkil edәcәyәm, İsmәt Paşa yox!
Sәn dә yenә Bәhriyyә vәkilliyindә qalacaqsan”.
Əski topçu minbaşısı bu yolla yeni hökumәtin
tәrkibinә dә girәndәn sonra özünü admirallıq sevdasının
ağuşuna o dәrәcәdә atdı ki, hә a әn yaxın dostları da
onun qürurlu әdasından ehtiyatlanmağa başladılar. Yalnız
xanımı әlindәn gәlәn qәdәr bunun qarşısını almağa
çalışır, dostları ilә arasındakı әlaqәlәri uzaqdan-uzağa
da olsa, qoruyub saxlamağa can atırdı. Bir gün atam,
qızı kimi sevdiyi bu gözәl qadına әrindәn şikayәt elәdi:
“Niyә vәkil olunca birdәn-birә burnunu dik tutdu?”
Ertәsi gün Böyük Millәt Mәclisi koridorlarında Bәhriyyә
vәkili ilә Qars millәt vәkili1 arasında Mәclisin dedi-qodu
vә kulis intriqaları tarixindә özünә xüsusi yer tutan bir
münaqişә baş verdi. Bәhriyyә vәkili koridorda millәt
vәkillәrinin arasında atama yaxınlaşıb qışqıra-qışqıra
danışmağa başlamışdı:
– Arvadıma burnumu dik tutmağımdan şikayәt
elәmisәn. Unutma ki, Birinci Mәclisdә hәr tәrәfdәn çox

1 Həmin dövrdə TBMM-də Qarsı təmsil edən Әhməd Ağaoğlu nəzərdə tutulur.

79
   74   75   76   77   78   79   80   81   82   83   84