Page 81 - book-online
P. 81
Àòàìûí äîñòëàðû

baxımından böyük xәta idi. Hәlә tәmir işinin hәvalә
edildiyi firma tәmsilçisinin İ ihad vә Tәrәqqinin әski,
hәm dә çox tanınmış fәdailәrindәn biri olduğu göz
önünә alınarsa, xәtanın bağışlanmazlığını söylәmәk üçün
bütün әsaslar toplanmış olurdu. Belәcә, müqavilәnin
imzalanmasında yol verdiyi tәlәskәnlik “Yavuz”un tәmir
şәrәfinә nail olmaqdan daha çox, vaxtı ilә eyni partiyada,
eyni işlәri bәrabәr gördüklәri әski dostları qanadı altına
almaq, himayә etmәk kimi mәnalandırılmışdı. Üstәlik,
onların vasitәsi ilә şәxsi mәnfәәtini güdmәsi haqda әlavә
şübhәlәr meydana çıxmışdı.

Əslindә isә, әski dostları himayәsinә almaq, onların
әli ilә qazanc sahibi olmaq fikri, yatsa, yuxusuna da
girmәzdi. Bәli, әtrafında, demәk olar ki, hәr kәsin bәnzәr
bir işin dalınca getdiyi, bәlli gәlir faizi müqabilindә
әcnәbi firmalara yardım göstәrdiyi, dövlәtlә әlaqәlәrin
qurulması mәsәlәsindә hәmin firmaların tәmsilçiliyini
öz üzәrinә götürdüyü vә bütün bunlarda heç bir eyib,
qüsur görmәdiyi şәraitdә o da bәzi dostları ilә birlikdә
müәyyәn sәrfәli işlәr barәsindә düşünmüşdü. Amma
“Yavuz-Hovuz”1 mәsәlәsindә işi Sapancalı Haqqı2 ilә
birlikdә görmәyi tövsiyә edәnlәr başqaları – hәm dә
ürәklәrindәn keçәn arzulara әmr kimi baxdığı adamlar
idi! Onlar da Milli Mücadilәnin ilk günlәrindәn Sapancalı
Haqqının sәxavәtli pul yardımlarını göz önünә gәtirib
bu әski, qatı i ihadçı fәdaiyә, hәqiqәtәn dә, çәtin vәziyyәtә
düşdüyü vaxtda yardım әli uzatmaq istәmişdilәr.

1 Yavuz-Hovuz davası – açıq dənizə çıxarılması təhlükəli olduğundan, “Yavuz”
zirehlisinin təmiri üçün bir fransız şirkətindən böyük su tutumuna malik hovuz
alınmışdı. Sonradan bu hovuzun qiymətinin xeyli dərəcədə şişirdildiyi aşkara
çıxmışdı. Türkiyədə “Yavuz-Hovuz davası” kimi məşhur olan olay Cümhuriyyət
dövrünün ilk korrupsiya faktı sayılır.
2 Sapancalı Haqqı (1884-?) – İttihad və Tərəqqi hərəkatının fədailərindən idi. Son-
ralar hərbi nazir olan Әnvər Paşaya yaxınlığı ilə tanınırdı.

81
   76   77   78   79   80   81   82   83   84   85   86